Mən, Nağısoy Zeynalabdin Xudayar oğlu 25 yanvar 1991-ci ildə Şərur rayonu Xok kəndində anadan olmuşam. 1997-ci ildə Xok kənd ort məktəbində ibtidai təhsilimə başlamışam. 2008-ci ildə orta məktəbi fərqlənmə ilə bitirib yüksək balla (675) Bakı Dövlət Universiteti beynəlxalq münasibətlər fakültəsinə qəbul olmuşam. 2012-ci ildə bakalavr dərəcəsi alaraq hərbi xidmətə getmişəm. 2013-cü ildə xidməti bitirdikdən sonra 2014-cü ildə Türkiyə Respublikasının “YTB Türkiyə Bursları”nı qazanaraq Səlçuq Universitetində magistratura təhsilimə başlamışam. Magistratura təhsilim bitdikdən sonra 2019-cu ildə ölkəmə qayıtmışam. 2021-2022-ci il təhsil dönəmində Naxçıvan Universitetində, 2022-2023 təhsil ilində isə Naxçıvan Dövlət Universitetində saat hesabı olaraq müəllim kimi fəaliyyət göstərmişəm. 2023-2024 təhsil ilindən başlayaraq NDU-da 1 ştat müəllim kimi fəaliyyətimi davam etdirirəm.
Atam, Nağıyev Xudayar Allahyar oğlu 1962-ci ildə Şərur rayonu Xok kəndində anadan olmuşdur. Kəngərli rayonu Şahtaxtı kəndində tarix müəllimi işləyir. Hal-hazırda Xok kəndində yaşayır.
Anam, Nağıyeva Xanım Məhərrəm qızı 1966-cı ildə Şərur rayonu Xok kəndində anadan olmuşdur. Evdar qadındır. Hal-hazırda Xok kəndində yaşayır.
Qardaşım, Nağıyev Arzuman Xudayar oğlu 1986-cı ildə Xok kəndində anadan olmuşdur. Dövlət Sərhəd Xidmətində hərbçi olaraq fəaliyyət göstərir. Haliyyədə Bakı şəhərində yaşayır.
Bacım Nağıyeva Gülay Xudayar qızı 1987-ci ildə Xok kəndində anadan olmuşdur. Xok kənd orta məktəbində tarix müəllimi işləyir. Hal-hazırda Xok kəndində yaşayır.Xaricdə yaşayanım və həbsdə olanım yoxdur.