İqtisadiyyat fakültəsi

FAKÜLTƏ HAQQINDA

Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin (indiki Təhsil Nazirliyinin) 18.10.1991-ci il tarixli 46-II-4537-16 nömrəli məktubuna əsasən Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 01 noyabr 1991-ci il 251 nömrəli əmrinə əsasən İstehsalın iqtisadiyyatı və idarəedilməsi, Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisaslarını əhatə edən “İqtisad” fakültəsi yaradılmışdır. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə fakültənin adı “İqtisadiyyat və idarəetmə” fakültəsi olaraq dəyişdirilmişdir.

Fakültənin dekanları:

Fakültənin dekan müavinləri:

Hal-hazırda fakültədə  4 kafedra fəaliyyət göstərir.

Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:

Respublikamızda təhsilə göstərilən dövlət qayğısı sayəsində əldə edilən uğurların miqyası getdikcə artmaqdadır. Bütün bunların məntiqi nəticəsi olaraq 2017-ci ildə İqtisadiyyat və idarəetmə fakültəsi üçün yeni tədris korpusu tikilərək müəllim və tələbələrin istifadəsinə verilmişdir.  Fakültə dekanlığının və kafedraların birgə fəaliyyəti ilə Boloniya sisteminin tələblərinə uyğun tədris proqramları hazırlanmış, tədris olunan fənlərin müasir standartlar əsasında təşkili daim diqqət mərkəzində saxlanılmışdır. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlığı sahəsində fakültədə 3 professor, 14 dosent, 6 baş müəllim, 17 müəllim və 4 tədrisə köməkçi heyət fəaliyyət göstərir. Fakültənin tədris bazası 1 elektron kürsülü, 5 proyektorlu və smart lövhəli olmaqla 24 auditoriyadan, bir kitabxanadan və yüksək sürətli internətə bağlı olan komputer sinfindən ibarətdir.

Fakültə tələbələri istər universitet daxili, istərsə də beynəlxalq səviyyəli tədbirlərdə daim uğurla iştirak edirlər. Tələbələrimizin bilik yarışlarında fakültəmizi, Universitetimizi layiqincə təmsil etməsi daha sevindirici haldır. İstər respublika səviyyəsində, istərsə də muxtar respublika səviyyəsində son dövrdə geniş vüsət almış “startup” hərəkatında fakültəmizin tələbələrinin uğurlu iştirakı daha diqqətə layiqdir. Belə ki, 12.10.2018-ci il tarixdə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Naxçıvan turunun qalibi Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” komandası olmuşdur.

Bakıda ilk dəfə olaraq oktyabrın 26-30-da təşkil edilmiş “İnnovasiyalar həftəsi” çərçivəsində Milli Finalda dəvət olunublar. 2018-ci ilin oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçirilmiş Milli Finalda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Noahland” layihəsi üçüncü yerə layiq görülüb. Milli Finalda qalib gəlmiş layihə kimi Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin komandası 2018-ci ilin dekabrın 4-7-də təşkil edilmiş XXIV “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransda çıxış etmişdir.

2020-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən startap müsabiqəsində İqtisadiyyat və idarəetmə fakültəsi tələbələrinin təqdim etdikləri “Vita Block” layihəsi birinci yerə layiq görülmüşdür.

Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını  tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirmək üçün ENACTUS hərəkatı çox önəmli rola malikdir. Əsasını İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin təşkil etdiyi Naxçıvan Dövlət  Universitetinin ENACTUS (SİFE) komandası 2008-ci ildə yaradılmışdır. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq komanda keçirilən yarışmalarda bir çox uğurlar əldə etmişdir. Belə ki, 2009-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərinin qatıldığı milli çempionatda tələbələrimiz uğurla çıxış edərək III yerə layiq görülmüş və ölkəmizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında keçirilən yarışmada təmsil etmək hüququ qazanmışlar. Qazağıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan komandalarının iştirak etdiyi regional Forumda tələbələrimiz tərəfindən təqdim olunan layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş, “Ən yaxşı biznes layihəsi” və “Ən yaxşı sosial layihə” nominasiyaları üzrə qalib elan edilmişdir.

2010-cu ildə Bakı şəhərində keçirilən milli çempionatda komandamız daha inamla çıxış etmiş, bütün rəqiblərini geridə qoyaraq 2010-cu ilin ENACTUS (SİFE) çempionu adını qazanmışdır. 14 nəfərlik heyətdən ibarət olan komanda ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən dünya çempionatında ölkəmizi uğurla təmsil etmişdir. 2010-cu ilin Dünya Kuboku uğrunda yarışmalarda universitetimizin komandası qrup mərhələsində 4-cü yerə layiq görülmüş, təqdim edilən layihələrdən biri “müvəffəqiyyətli məhsul” nominasiyasının qalibi olmuşdur.

Sevindirici haldır ki, 2011-ci ilin may ayında Bakı şəhərində keçirilən VI Respublika Çempionatında da komandamız 1-ci yerə layiq görülmüş, ikinci dəfə ölkə çempionu kimi Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilmiş Dünya Çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.

2012 və 2013-cü illərdə komandamız milli çempionatda 3-cü yerə layiq görülmüşdür.

2014-cü ildə 3-cü dəfə Azərbaycan çempionu olan ENACTUS komandamız ölkəmizi Çində keçirilən Dünya çempionatında layiqincə təmsil etmişdir. Bundan əlavə Erasmus, Mövlana və digər proqramlar çərçivəsində həm bakalavr, həm də magistr səviyyəsində tələbələrimiz xarici ölkələrdə təhsil alırlar.

 

Fakültənin dekanı: Əşrəf Umud oğlu Ələkbərov i.ü.f.d., dosent

Tədris işləri üzrə dekan müavini: Asif Eldar oğlu Abdullayev

Məsləhətçi-professor: prof. Rüstəmov Ağarza Ağahəsən oğlu;

Akademik məsləhətçi (tyutor): Turman Fərman oğlu Ələkbərli

 

KAFEDRALAR

İqtisadiyyat və marketinq kafedrası – yaranma tarixi 1991-cı il

Haliyədə “İqtisadiyyat və marketinq” kafedrasında 17 müəl­­lim və 1 la­bo­rant fəaliyyət göstərməkdədir. “İqtisadiyyat” ka­­fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 17 əməkdaşdan 8 nəfəri tam ştat, 9 nə­fə­ri yarım ştat müəllimdir. Kafedra əmək­daş­la­rın­dan 5 nəfər do­­sent, 3 nəfər baş müəllim, 9 nəfər isə müəl­lim­dir. “İqtisadiyyat” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Bakalavr pilləsi üzrə

  1. İqtisadiyyat – tədrisi azərbaycan dilində (əyani və qiyabi şöbə);
  2. İqtisadiyyat – tədrisi ingilis dilində.
  3. Marketinq

Magistratura pilləsi üzrə

  1. İqtisadiyyatın tənzimlənməsi – tədrisi azərbaycan dilində;
  2. İqtisadiyyatın tənzimlənməsi – tədrisi ingilis dilində.

 

S/S

Soyadı, adı və ata adı

Elmi dərəcəsi

1

İbrahimov Eltun Yulət oğlu

i.e.d.,dosent, kafedra müdiri

2

Ələkbərov Əşrəf Umud oğlu

i.e.d.,dosent

3

Adıgözəlova Havva Əsgər qızı

i.ü.f.d., dosent

4

Babayev Turqan Xəlil oğlu

i.ü.f.d., dosent

5

İsmayılov Bəxtiyar Vəli oğlu

i.ü.f.d., dosent

6

Abbasova Maisə Məmməd qızı

Baş müəllim

7

Həsənov Bəhram Həsən oğlu

Baş müəllim

8

Zamanov Əbdülhüseyn Şahhüseyn oğlu

Baş müəllim

9

Nəsirov Elşən Nurəddin oğlu

Müəllim

10

Əsgərova Məhsəti Rafiq qızı

Müəllim

11

Bağırov İsmayıl Bağır oğlu

Müəllim

12

Mehbalıyev Nihad Nəsrəddin oğlu

Müəllim

13

Ələkbərov Rəsul Səfər oğlu

Müəllim

14

Novruzov Vüsal Xeybər oğlu

Müəllim

15

Quluzadə Təhmasib Cəlalı oğlu

Müəllim

16

Əlibəyli Elçin Hümbət oğlu

Müəllim

17

Əlizadə Tələt Fəxrəddin oğlu

Müəllim

18

Abbasova Bəhriyyə Nizami qızı

Laborant

 

Mühasibat və maliyyə kafedrası – yaranma tarixi 1996-cı il

Haliyədə “Mühasibat uçotu və maliyyə” kafedrasında 8 müəllim və 1 laborant fəaliyyət göstərməkdədir. “Mühasibat uçotu və maliyyə” kafedrasında elmi-pedaqoji fəaliyyət göstərən  əməkdaşlarından 5 nəfəri tam ştat, 3 nəfəri yarım ştat müəllimdir. Kafedra əməkdaşlarından 1 nəfər professor, 4 nəfər dosent, 2 nəfər baş müəllim, 1 nəfər isə müəllimdir.

 

S/S

Soyadı, adı və ata adı

Elmi dərəcəsi

1

Abbasov Teymur Abbas oğlu

i.e.d., kafedra müdiri

2

Əhmədov Nazim Hidayət oğlu

i.e.d.,prof

3

Bağırov Mehdi Siyavuş oğlu

i.e.d.,dosent

4

İbrahimova Nuriyyə Hüseyn qızı

i.ü.f.d., dosent

5

İmanova Mehriban Təyyar qızı

i.ü.f.d., dosent

6

Təhməzbəyova Kəmalə Cəmil qızı

Baş müəllim

7

Abbasov Həsən Saleh oğlu

Baş müəllim

8

Məmmədova Mehparə Elxan qızı

Müəllim

9

Alıyeva Lalə Əli qızı

Laborant

 

Beynəlxalq ticarət və menecment kafedrası – yaranma tarixi 1998-cı il

Haliyədə “Beynəlxalq ticarət və menecment” kafedrasında 9 müəl­­lim  fəaliyyət göstərməkdədir. “Beynəlxalq ticarət və menecment” ka­­fedrasında elmi-pedaqoji fəa­liy­yət göstərən 9 əməkdaşdan 3 nəfəri tam ştat, 6 nə­fə­ri yarım ştatdır. Kafedra əmək­daş­la­rın­dan 5 nəfər do­­sent, 2 nəfər baş müəllim, 2 nəfər isə müəl­lim­dir. “Beynəlxalq ticarət və menecment” kafedrasında ali təhsilin ba­ka­lavr və magistratura pilləsinin aşağıdakı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir:

Bakalavr pilləsi üzrə

1. Menecment

2. Beynəlxalq ticarət və logistika

Magistratura pilləsi üzrə

1. Beynəlxalq iqtisadi münasibətlər

2.Strateji idarəetmə

3.Biznesin təşkili və idarə edilməsi (Bank işi)-MBA

S/S

Adı, ata adı və soyadı

Elmi dərəcəsi və elmi adı

1

Cavadxan Yusif oğlu Qasımov

i.ü.f.d., dosent, kafedra müdiri

2

Müslüm Əli oğlu Cabbarzadə

i.ü.f.d., dosent

3

Həsən Əbdüləli oğlu Məmmədov

i.ü.f.d., dosent

4

Bulqeyis Sabir qızı Novruzova

i.ü.f.d., dosent

5

Mədinə Ərrəhman qızı Allahverdiyeva

Baş müəllim

6

Ülvi Rəfail oğlu Baxışlı

Baş müəllim

7

Nəsrin Əli qızı Əliyeva

Müəllim

8

Rahibə Zeynal qızı Əbdülhəsənova

Müəllim

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bələdiyyə və turizm kafedrası – yaranma tarixi 2004-cü il

Bələdiyyə və turizm kafedrasında 8 əməkdaş və 1 baş laborant fəaliyyət göstərir. 8 nəfər əməkdaş elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Bunlardan 1 nəfər əməkdaş i.ü.f.d.dosent, 1 nəfər əməkdaş fəlsəfə üzrə  üzrə fəlsəfə doktoru, 1 nəfər əməkdaş baş müəllim, 5 nəfər əməkdaş müəllim vəzifəsində çalışır. 1 nəfər isə tədrisə köməkçi heyəti vəzifəsində çalışır.

1.  Dövlət və bələdiyyə idarəetməsi

2. Turizm işinin təşkili

1. Dövlət qulluğunun təşkili və idarə edilməsi

 

S/S

Soyadı, adı və ata adı

Elmi dərəcəsi

1

Kərimova Flora Bəhlul qızı

Fəlsəfə üzrə fəlsəfə doktoru, kafedra müdiri

2

Cabbarov Əli Xeybər oğlu

i.ü.f.d., dosent

3

İsayeva Günel Şirinqızı

Baş müəllim

4

Həsənzadə Ülkər Elxan qızı

Müəllim

5

Bababəyli Nigar Nazim qızı

Müəllim

6

Zeynalov Həbib Əzim oğlu

Müəllim

7

Abdullayev Asif Eldar oğlu

Müəllim

8

Zamanov Səttar Muxtar oğlu

Müəllim

9

Əhmədova Fatmaxanım Eldar qızı

Baş laborant

 

ELMİ ŞURA

İqtisadiyyat və idarətmə  fakültəsinin Elmi Şurası Naxçıvan Dövlət Universitetinin Rektorunun əmrinə əsasən 3 il müddətinə seçilir Fakültə Elmi Şurası fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır,  fakültənin dekanını seçir və müəyyən olunmuş qaydada professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqələr keçirir, tədris planlarının və proqramlarının layihələrinin, kafedraların tədris-metodiki və elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir, elmi-tədqiqat və tərbiyə işlərinin planlarını müzakirə edir, hər il dekanın hesabatını dinləyir, tədris və istehsalat təcrübələrinin yekunlarını müzakirə edir, fakültə heyətində olan dosent, baş müəllimlərin seçkilərini aparır, onlara elmi ad verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır, elmi-tədqiqat işlərinin vəziyyətini və onun yaxşılaşdırılması tədbirlərini müzakirə edir və fakültənin fəaliyyəti ilə bağlı olan digər məsələlərə baxır. Fakültə Elmi Şuranın işi hazırlanan plan əsasında həyata keçirilir. Fakültə Elmi Şuranın iş planı Şuranın iclasında müzakirədən sonra həyata keçirilir.

İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şurasının tərkibi aşağıdakı kimidir:

a)      Tutduqları vəzifələrinə görə üzv olanlar:


1.

Əşrəf Umud oğlu Ələkbərov (Sədr)

-          İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent

2.

Abdullayev Asif Eldar oğlu

 (Sədr müavini)

-          İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini

3.

Abbasova Maisə Məmməd qızı (Elmi katib)

-          İqtisadiyyat və marketinq kafedrasının baş müəllimi

4.

Abbasov Teymur Abbas oğlu

-          Mühasibat və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor

5.

Qasımov Cavadxan Yusif oğlu

-          Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent

6.

Kərimova Flora Bəhlul qızı

-          Bələdiyyə və turizm kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru

7.

İbrahimov Eltun Yulət oğlu

-          İqtisadiyyat və marketinq kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru

8.

Kəngərli Nazir Cavadxan oğlu

-          Fakültə TEC-nin sədri 

 

b) Seçki əsasında üzv olanlar:

 

9.

Əhmədov Nazim Hidayət oğlu

-          Mühasibat və maliyyə kafedrası, iqtisad üzrə elmlər doktoru, professor             

10.

İbrahimova Nuriyyə Hüseyn qızı

-          Mühasibat və maliyyə kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent             

11.

Adıgözəlova Həvva Əsgər qızı

-          İqtisadiyyat və marketinq kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent

12.

Cabbarov Əli Xeybər oğlu

-          Bələdiyyə və turizm kafedrası, iqtisad üzrə fəlsəfə doktoru, dosent

13.

Şeyxov Əli Tağı  oğlu

-          Fakültə Tələbə Həmkarlar Təşkilatının sədri

14.

Hüseynli Nicat Səfər oğlu

-          Fakültə Tələbə Gənclər Təşkilatının sədri

15.

Qasımov Abbas Hüseyn oğlu

-          Fakültə YAP Gənclər Təşkilatının sədri