“İqtisadiyyat və marketinq” kafedrasının dosenti
Məmmədov Həsən Əbdüləli oğlu, 22 iyun 1961-ci ildə Şərur rayonunun (Kəngərli rayonu) Xok kəndində anadan olmuşdur. 1978-ci ildə Xok kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir, 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun “Əmtəəşünaslıq” fakültəsinə eksperiment yolu ilə qəbul olunmuş, 1983-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1983-85-ci illərdə ordu sıralarında xidmət etmiş, 1985-ci ildən Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın müxtəlif sahələrində rəhbər vəzifələrdə çalışmışdır.
1997-ci ildən pedaqoji fəaliyyətə başlamış, Ali Diplomatiya Kollecinin Naxçıvan filialında və Naxçıvan Özəl Universitetində müəllim kimi çalışmış, 2001-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakultəsində pedaqoji fəaliyyətimi davam etdirmişdir. 2007-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda “Bazar münasibətləri şəraitində istehsal infrastrukturunun inkişafı” mövzusunda (08.00.01 iqtisadi nəzəriyyə) namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Hazırda “Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafının təmin olunmasının infrastruktur problemləri” mövzusunda doktorluq işi üzərində işləyir.
Hazırda “İqtisadiyyat və marketinq” kafedrasında 0,5 ştat vahidi dosent vəzifəsində çalışır. 1 dərs vəsaiti, 2 monoqrafiya, 15 tədris proqramı və üçü çapda olmaqla, ümumilikdə 73 elmi əsərlərin müəllifidir.
Ailəlidir, 6 övladı var.