Murad Şəmsəddin oğlu Sevdimalıyev 19 avqust 1988–ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuşdur. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisasında bakalavr, 2013-cü ildə isə Azərbaycan Milli Aviasiya Akademiyasını eyni ixtisas üzrə üzrə magistratura təhsilini almışdır.
Əmək fəaliyyətinə 2011-ci ildə Azər Türk Bank ASC-də başlamışdır. Naxçıvanbank ASC-də departament direktoru vəzifəsində çalışmışdır. Haliyədə Kapital Bank ASC Korporativ Satışlar Departamentinin Naxçıvan Muxtar Respublikası üzrə menecerdir.
Hazırda Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat və marketinq” kafedrasında müəllimdir.
Bir sıra yerli və beynəlxalq konfranslarının iştirakçısı, elmi məqalələrin müəllifidir. Ailəlidir. Bir övladı var.