Baxışlı Ülvi Rəfael oğlu

          Rektor Müşaviri (İqtisadi məsələlər üzrə)


Ülvü Rəfael oğlu Baxışlı 04 mart 1992 – ci ildə Babək rayon Sirab kəndində anadan olub. 
2009-cu ildə orta məktəbi fərqlənmə ilə bitirərək, yüksək nəticə ilə Naxçıvan Dövlət Universitetinin “İqtisad” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olub.
2013 –cü ildə Bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.
Universitet illərində bir çox ictimai qurumlarda təmsil olunaraq aktiv tələbə həyatı keçirib. Dəfələrlə ölkədaxili və beynəlxalq müsabiqələrdə universiteti təmsil edib. Universitetin Enactus komandasının üzvü sonradan isə kapitanı olub və komanda ilə birlikdə 2 dəfə milli yarışın qalibi olaraq ölkəni ABŞ – ın Kaliforniya ştatında və Malaziyanın Kuala – Lumpur şəhərlərində keçirilən dünya çempionatında komandanın tərkibində uğurla təmsil edib. Hal – hazırda həmin komandanın universitet üzrə rəhbəridir.
2013-2014 – cü illərdə həqiqi hərbi xidmətdə olub.
2014-2016 - cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura səviyyəsinin “İqtisadiyyatın tənzimlənməsi “ ixtisaslaşmasını fərqlənmə diploma ilə bitirib.
2016 – cı ildən Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasında saathesabı müəllim kimi əmək fəaliyyətinə başlayıb. Sonrakı dövrdə “İqtisadiyyat” kafedrasının tam ştat müəllimi olub və hal-hazırda “Beynəlxalq ticarət və menecment” kafedrasının baş müəllimidir.
2019 – cu ildən Naxçıvan Dövlət Universitetinin doktorantura təhsil səviyyəsində “Müəsisələrin təşkili və idarə olunması” ixtisasında təhsilini davam etdirir. Dissertasiya mövzusu “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının sosial-iqtisadi hədəfləri” –dir və tədqiqat yekun mərhələdədir.
Bir çox yerli və xarici təlimlərin iştirakçısı olmuşdur və 20 –dən artıq mütəlif diplom, sertifikat və təşəkkürnamələrlə təltif olunmuşdur.
ABŞ, Niderland, Malaziya, Belçika və Türkiyədə keçirilən müxtəlif beynəlxalq tədbirlərin iştirakçısı olmuşdur.
2020 – ci ilin sentyabr ayında NDU-nun Maliyyə şöbəsinin müdiri – baş mühasib vəzifəsinə təyin olunmuşdur.
2023-cü ilin noyabr ayından isə NDU – nun Rektor müşaviri (iqtisadi məsələr üzrə) vəzifəsinə təyin olunmuşdur.
1 fənn proqramı, 1 monoqrafiya və 6 məqalənin müəllifidir.
2009 – cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Monoqrafiya:
1.    “İqtisadi İdarəetmənin müasir xüsusiyyətləri” – “Sosial – iqtisadi hədəflərin metodoloji əsasların hazırlanması”
Fənn proqramı:
1.    Qlobal iqtisadi problemlər - Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 01 may 2018-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyyə olunmuşdur (protokol №08)
Elmi məqalələr:
1.    Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatında infrastrukuturun vəziyyəti - "Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı" beynəlxalq konfransın materialları, Naxçıvan, 2016.
2.    Beynəlxalq infrastruktur layihələrinin Azərbaycan iqtisadiyyatında rolu - Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər jurnalı, İctimai elmlər seriyası, №2 (91), Naxçıvan,Qeyrət, 2018.
3.    Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında xarici iqtisadi əlaqələrin yeri və rolu - Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər jurnalı, İctimai elmlər seriyası, Nº6 (95), Naxçıvan,Qeyrət, 2018.
4.    Qloballaşma şəraitində Azərbaycanda yeni iqtisadi məqalə modellərin formalaşması və sahibkarlıq - Qloballaşan iqtisadiyyat və Mühasibat uçotu: Mövcud vəziyyət,reallıqlar və problemlər.Elmi konfrans.
5.    Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında dövlət dəstəyinin rolu və onun nəticələri - İqtisadi inkişafın Naxçıvan modeli və mühasibat uçotunun actual problemləri, Elmi konfrans. Naxçıvan,Qeyrət,2020.
6.    Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafının sosial-iqtisadi nəticələri - Naxçıvan Dövlət Universiteti, Elmi Əsərlər jurnalı, İctimai elmlər seriyası, №2 (103), Naxçıvan,Qeyrət, 2020.