Elmi şura

 Naxçıvan Dövlət Universitetinin

 Elmi Şurasının  əsasnaməsi

1. Naxçıvan Dövlət Universitetinə (bundan sonra - universitet)  ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.

2. Tutduqları vəzifələrinə ğörə Elmi Şuranın tərkibinə ali təhsil müəssisəsinin rektoru (sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, ali təhsil müəssisəsinin tərkibində fəaliyyət ğöstərən elmi-tədqiqat institutlarının direktorları, həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə-Elmi Cəmiyyətinin sədri daxil olur. Elmi Şuranın diğər üzvləri ali təhsil müəssisəsinin professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edir. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri ali təhsil müəssisəsinin başçısı – rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ali təhsil müəssisəsinin daxilində). Professor-müəllim elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.

3. Elmi Şura universitetin  tabe olduğu orqanın ğöstərişinə əsasən yaradılır və tərkibi onun tərəfindən təsdiq edilir.

4. Universitet  Elmi Şurası;

- Universitetin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlər, əməkdakların, aspirant, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;

-         Universitetin inkişaf proqramını təsdiq edir;

-         Hər il universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;

-         Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən

hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;

            - Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;

- Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;

            - Fakültələrin, kafedraların və universitetin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlli edir;

-         Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;

-         Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,

orden və medallarının verilməsinə təqdim edir;

            - kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtında əvvəl tutduqları vəzifələrdən olunmaları məsələlərinə baxır;

            - müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə fakültə dekanları, dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.

            5. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş palnı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəul edilir və rektor tərəfindən təsdiq edilir.

           6. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə dekanlarının seçilməsi və geri çağrılması, professor, dosent və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.

7. Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar olunmuş hesab edilir.

8. Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.

9. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.

10. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.

11. Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə universitetin Elmi Surasının qərarı universitetin tabe olduğu mərkəzi idarəetmə orqanı tərəfindən ləğv oluna bilər.

 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN

ELMİ ŞURASININ TƏRKİBİ

 

 

Sıra-si Soyadı, adı, atasının adı
1. İsayev Elbrus Saleh oğlu (Sədr) 
2. Rəhimov Rafiq Vilayət oğlu (Sədr müavini)
3. Əsədov Elsevər Sabir oğlu
4. Cəlilzadə Aidə Məhəmməd qızı
5. Abdullayev Arzu Kamal oğlu
6. Camalov Xəyal Yafəz oğlu         
7. Cəfərov Orxan Cəfər oğlu  
8. Məmmədov Elşən Neymət oğlu                
9. Babayeva Məhəbbət Nizami qızı                
10. Zeynalov Cavanşir İbrahim oğlu              

 

11. Hüseynov Yusif Hüseyn  oğlu
12. Mustafayeva İlhamə Rafiq qızı
13. İsmayılov Məftun İsmayıl oğlu                
14. Əliyev Vəli Heydər  oğlu
15. Məmmədov Bəhruz Qibləli oğlu
16. İsmayılov Cavid Vəli oğlu 
17. Ələkbərov Əşrəf Umud oğlu  
18. Ağalarov Arif Mamo oğlu 
19. Qulubəyli Şirməmməd Qüdrət oğlu 
20. Əliyev Şahin Yusif oğlu        

 

21. Əsgərli Hüseyn Cəfər oğlu
22. Kəngərli Ceyhun Cavanşir oğlu 
23. Qasımov Əziz Kamal oğlu - Universitet Gənclər Təşkilatının sədri
24. Bağırova Təbrizə Hüseyn qızı  - Tələbə Elmi Cəmiyyətinin sədri
25. İmanov Hüseyn Kamil oğlu -  Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
26. Qənbərov Daşqın Şahbaz oğlu
27. Məmmədov Şamxal Şükür oğlu              
28. Qasımov Cavadxan Yusif oğlu
29. Mahmudov Şəmil Mahmud oğlu 
30. Məhərrəmova İnara Eldar qızı

 

31. Əhmədova Gülxarə Manaf qızı 
32. Şirəliyeva  Şəhla  Kifayət qızı  
33. Tağıyev Əvəz Zeynalabdin oğlu 
34. Behbudov Qəhrəman Novruz oğlu 
35. Rzayev Elmar İlqar oğlu 
36. Məmmədova İlhamə Mais qızı
37. Əliyev Məftun Eynulla oğlu 
38. Əliyeva Gültəkin Budaq qızı  
39. Məmmədova Səidə Müslüm qızı 
40. Hacıyeva Billurə Təvəkkül qızı

 

41. Hacıyeva Siddiqə Zakir qızı
42. Əsgərov Mübariz Səməd oğlu
43. Cəfərli Rəcəb Cəmaləddin oğlu
44. Allahverdiyev Qərib Vəli oğlu 
45. Hüseynov Xəzər Allahverdi oğlu