Vüsal Xeybər oğlu Novruzov 

Vüsal Xeybər oğlu Novruzov  1986-cı ildə Şahbuz rayonu Keçili kəndində anadan olmuşdur. 2006-ci ildə     Naxçıvan Dövlət Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalvr, 2010-cu ildə isə eyni ixtisas üzrə fərqlənmə ilə magistr təhsili almışdır.  2011-2015-ci illərdə AMEA Doktorantura şöbəsində təhsil almış, ölkə xaricində   bir çox təlim və kurslarda iştrak etmişdir.

Uzun müddət bank sektorunda müştəri xidmətləri, satış, CRM, idarəetmə istiqamətləri üzrə rəhbər vəzifələrdə, özəl sektorda SR Group Şirkətlər qrupunda, İnvest Holdinqdə marketinq direktoru kimi çalışmış, hazırda Naxçıvan Dövlət Universitetində Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyir.