Həsənov Bəhram Həsən oğlu

                                                                     hesenovbehram@ndu.edu.az

Həsənov Bəhram Həsən oğlu 1957-ci il oktyabr ayının 30-da Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. 1964-cü   ildə  Behrud kənd orta məktəbin  birinci sinfinə daxil olmuş və məktəbi 1972-ci ildə bitirmişdir. 1972-ci ildə  Biləv kənd orta   məktəbinin 9-cu sinfinə daxil olmuş, 1974-cü ildə  orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.1974-cü ildə  Azərbaycan Xalq   Təsərrüfatı İnstitutunnun  “Xalq Təsərrüfatının  İqtisadiyyatı və Planlaşdırılması” fakultəsinə daxil olmuş, 1978-ci ildə   Universiteti müvəffəqiyyətlə bitirmişdir. 1978-1981-ci illərdə Qəbələ Aqrar Sənaye Birliyində baş iqtisadçı vəzifəsində   işləmişdir. 1981-ci ildə Parağaçay dağ mədəninə baş iqtisadçı təyin olunmuşdur.1982-1994-cü illərdə “Azərmelorasiyasu”   tikinti trestinin İMSD-də plan şöbəsinin baş mühəndisi işləmişdir.1994-cü ildən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat”   kafedrasında müəllim, 1999-cu ildən isə baş müəllim vəzifəsində işləyir. 2007-ci ildən Naxçıvan Özəl Universitetində müəllim,   2010-cu ildən isə baş müəllim vəzifəsində işləyir.

 

 

Məqalələr

1.  Aqrar islahatlar və aqrar sahədə dövlət siyasəti. NDU Xəbərlər, № 16,  Naxçıvan, 2005, səh.108-110.

2.  Aqrar bölməyə dövlət himayəsi. Azərbaycan elminin inkişafı və regional problemlər. AMEA Naxçıvan bölməsi. Bakı, “Nurlan”, 2005. səh.176-183.

3.  Naxçıvan Muxtar Respublikasında lizinq xidmətinin aqrar sahənin inkişafına təsiri. NDU Xəbərlər, № 2(34),  Naxçıvan, 2010,  səh.217-220.

4.  Внедрение инноваций в аграрной отрасли надежный гарант продовольственной везопасности Азербайджана. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. Elmi əsərlər. №2, Bakı, 2012, səh. 219-225.

5.  Kənd təsərrüfatı məhsulları istehsalının artırılması və torpaqlardan səmərəli istifadə. NDU Elmi əsərlər, №1(45), Naxçıvan, NDU,  “Qeyrət”, 2012, Səh.187-190.

6.  Liberal iqtisadiyyatın təşviqi və aqrar sahibkarlıqda innovasiyaların tətbiqi. NDU Elmi əsərlər”, №2(67), Naxçıvan, ”Qeyrət” nəşriyyatı, 2015.

Konfrans materialları

1.  Kənd təsərrüfatı istehsalının artırılması dövlətin strateji məqsədidir. Cəmiyyətin demokratikləşməsi və radikal islahatların həyata keçrilməsinin hüquqi bazasının yaradılması problemləri. Konfrans materialları. Naxçıvan Universiteti. Bakı, 1998, Səh.19-20.

2.  Tənzimlənən bazar iqtisadiyyatı şəraitində dövlətin rolu. Naxçıvan MR-nın sosial-iqtisadi inkişaf problemləri. Konfrans materialları. Naxçıvan Dövlət Universiteti. Naxçıvan, 2000. Səh.91-93.

3.  Sahibkarlığın inkişaf problemləri. “Kiçik biznes və sahibkarlıq fəaliyyətinin inkişaf  problemləri “ adlı konfrans materialı. NDU. Bakı,  2002,  Səh. 50-51.

4.  Azad bazar iqtisadiyyatı şəraitində kiçik və orta sahibkarlığın inkişafında dövlət maraqları. “Kiçik biznes və sahibkarlığın inkişaf problemləri” adlı III Beynəlxalq simpoziumun materialları. NDU, Bakı, 2003, Səh. 84-85.

5.  Naxçıvan Muxtar Respublikasında sosial infrastrukturun inkişaf xüsusiyyətləri. Azərbaycan tarixi coğrafiyasının aktual problemləri (04 aprel 2015-ci ildə keçirilmiş respublika konfransının materialları)

6.  Naxçıvan Muxtar Respublika iqtisadiyyatının innovativ inkişaf istiqamətləri. Elmi praktik konfrans, 28 noyabr 2014, Naxçıvan Muxtar Respublikasında aqrar sahənin innovasiyalı inkişafı və ərzaq təhlükəsizliyi, Naxçıvan, 2015.

7.  Naxçıvan MR-da bitkiçiliyin inkişafı region əhalisinin ərzaq təhlükəsizliyinin əsasıdır. Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər. Beynəlxalq elmi-praktik konfrans, 15-16 may, Naxçıvan, 2015.

8.  Naxçıvan Muxtar Respublikasında sənayenin dinamik inkişafı dövlətimizin priotetlərindəndir. Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı. Elmi praktik konfrans, 10 aprel, Naxçıvan, 2015.