Mehriban Təyyar qızı İmanova

                                                   İqtisad üzrə fəlsəfə doktoru., dosent

                                                                              mehriban.i@ndu.edu.az

 

 

 

 

Mehriban Təyyar qızı İmanova 1972-ci ildə Culfa rayonunun Milax kəndində anadan olmuş, 1979-1989-cu illərdə Naxçıvan şəhəri H.Cavid adına 5 saylı orta məktəbdə təhsil almış və  gümüş medalla bitirmişdir. 1989-1994-cü illərdə NDU-da ali təhsil almış və “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.1994-1997- illərdə NDU-nun “Mühasibat uçotu  və maliyyə” kafedrasında sınaq müddətinə müəllim, 1997-2007-ci illərdə müəllim, 2007-2012-ci illərdə baş  müəllim,  2013-2015-ci illərdə dosent əvəzi vəzifəsində işləyib. 2015-ci ildən həmin kafedranın dosentidir.

2008-ci ildə namizədlik     dissertasiyası   müdafiə   etmiş  və  iqtisad üzrə fəlsəfə  doktoru, alimlik dərəcəsi almışdır. Hazırda “Sənayenin regional inkişaf strategiyası və onun reallaşdırılması istiqamətləri” adlı doktorluq dissertasiyası üzərində işləyir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına keçid mövzusunda təlim kurslarında iştirak etmiş və   Beynəlxalq Uçot Sertifikatlarını almışdır. Həmçinin, xaricdə keçirilən altı beynəlxalq konfransda iştirak edərək  Sertifikatkar əldə etmişdir.2022-ci il mart ayinda  “TƏRƏQQİ” medalı almışdır.

90 elmi əsərin, o cümlədən 1 monoqrafiyanın, 1 kitabın, 2 dərs vəsaitinin və 7 fənn proqramının müəllifidir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təsis etdiyi ”Şərq qapısı” qəzetində bu günə qədər 30-dan artıq elmi  publisistik məqaləsi dərc edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.  Ailəlidir. Üç övladı var.