“İqtisadiyyat və marketinq” kafedrasının dosenti
Turqan Xəlil oğlu Babayev 20 iyun 1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və istehsalın idarə edilməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantura təhsili alaraq, 1999-cu ildə həmin Universitetdə uğurla namizədlik dissertasiyası müdafiə etmişdir.
Əmək fəaliyyətinə 1995-ci ildən SK Aqrar Sənaye bankında “Valyuta şöbəsi”nin müdiri kimi başlamışdır. Daha sonra İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri və müxtəlif universitetlərdə, müəllim, baş müəllim, dosent vəzifələrində fəaliyyətini davam etdirmişdir. Hazırda Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat və marketinq” kafedrasında dosent vəzifəsində işləyir.
Bir sıra yerli və beynəlxalq konfransların iştirakçısı, yerli və xarici nəşrli jurnallarda çap olunmuş elmi məqalələrin müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Ailəlidir. İki övladı var.