Tarix elmləri doktoru, dosent Emin Arif oğlu Şıxəliyev 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini 1982-1992-ci illərdə Şərur rayon Yenikənd (sonradan Şəhid Məmməd, indiki Danyeri) kənd orta məktəbində aldıqdan sonra 1992-ci ildə Türkiyə Cümhuriyyəti Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olmuşdur.
1998-ci ildə tarix ixtisası üzrə Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsindən məzun olduqdan sonra eyni tarixdə Ankara Universiteti Sosial Elmlər İnstitutunun magistraturasına daxil olmuş, 2000-ci ildə buranı bitirmişdir. 2000-ci ildə yenə Ankara Universiteti Sosial Elmlər İnstitutunun doktoranturasına daxil olmuş, 2004-cü ildə “Azərbaycan-Ermənistan münasibətlərində Rusiya və İran faktoru” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.
13 may 2004-cü ildə “tarix” ixtisası üzrə Türkiyə Cümhuriyyəti Ankara Universitetinin Sosial Elmlər İnstitutu tərəfindən elmi dərəcəyə layiq görülən 1456 №-lu diplom Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 noyabr 2007-ci il tarixli (protokol № 35 – k) qərarı ilə təsdiqlənmiş və Emin Şıxəliyevə tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) elmi dərəcəsi verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyun 2012-ci il tarixli (protokol №21 – k) qərarı ilə “Vətən tarixi” ixtisası üzrə dosent elmi adına layiq görülmüşdür.
06 oktyabr 2018-ci il tarixində AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən D. 01.211 Dissertasiya Şurasında “Ermənistanın Azərbaycana təcavüzü geosiyasi maraqların toqquşması kontekstində” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 sentyabr 2021-ci il tarixli qərarı ilə “Vətən tarixi” ixtisasında elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2005-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Qafqaz tarixi” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 11 kitab və monoqrafiyanın, eyni zamanda 100-dən çox elmi məqalənin müəllifi olan Emin Arif oğlu Şıxəliyev Türkiyədə, İranda, Rusiyada, Almaniyada keçirilən elmi konfransların iştirakçısı olmuş, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 3-cü “Şuşa qrantı” layihəsi çərçivəsində İngiltərənin Milli Arxivlərində elmi-tədqiqat işləri aparmışdır.
2023-cü ilin sentyabr ayından AMEA Naxçıvan Bölməsindən ayrılmış, həmin ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında tam ştat müəllim olaraq fəaliyyətini davam etdirir.
Evlidir, 2 övladı var.
Kitab və monoqrafiyaları:
- Türkiye ve Azerbaycan açısından ermeni sorunu. Ankara, Türk Vakfı yayınları, 2001, 231 s.
- Kafkasya Jeopolitiğinde Rusya, İran, Türkiye rekabetleri ve ermeni faktörü. Ankara, Naturel yayıncılık, 2004, 378 s.
- Erməni iddialarının siyasi mahiyyəti. Bakı, Nurlan yayınları, 2006, 187 s.
- Ermənistan-Azərbaycan münaqişəsiı sivilizasiyalararası münasibətlər kontekstində. Bakı: Elm və Təhsil yayınları, 2011, 324 s.
- İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920). (Böyük Britaniyanın arxiv materialları əsasında). Naxçıvan, Əcəmi yayınları, 2016, 144 s.
- Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri. Bakı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2017, 300 s.
- Geosiyasi Maraqların toqquşması kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Naxçıvan, Əcəmi yayınları, 2018, 384 s.
- Müasir səlib yürüşlərinin hədəfi: terrorizm, yoxsa İslam?!. Naxçıvan, Əcəmi yayınları, 2019, 152 s.
- Yeni Dünya Nizamı və onun mahiyyəti. Naxçıvan, 2020, 200 s.
- Место «Армянского вопроса» в геополитических интересах Англии и влияние на Азербайджан. Ташкент: Европа, 2020, 124 c.
- Angliyaning geosiyasiy manfaatlarida “Arman masalasi”ning orni va Ozarbayjonga tasiri. Toshkent: Avropa, 2020, 124 s.
Azərbaycanda nəşr olunan elmi məqalələr:
- “Yeni Dunya Nizamının bəhanəsi: terrorizm və İslamda terrora baxış”, Tarix və onun problemləri, 2007, № 3, s. 245-252.
- “Ermənilərdə “məzlumluq” psixologiyası, onun ideoloji vasitəyə cevrilməsi və beynəlxalq siyasətdə rolu”, AMEA Naxcıvan Bolməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2008, № 1, s. 54-59.
- “Qondarma erməni soyqırımı ilə yəhudi xolokostu arasında muqayisələr”, Naxcıvan Dovlət Universitetinin Elmi əsərləri. Tarix və ictimai elmlər seriyası, 2008, № 5 (25), s. 25-29.
- “Ermənilərin “soyqırımı” iddiaları və onun İsrail-Ermənistan munasibətlərinə təsiri”, Dircəliş-XXI əsr. 2010, № 145-146, s. 173-179.
- “Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan munaqişəsinin həllinə mane olan amillər”, Qarabağ: bildiklərimiz və bilmədiklərimiz. Bakı: Qafqaz Universiteti, Beynəlxalq Munaqişələri Araşdırma Mərkəzi nəşrləri, 2010, № 002, s. 38-56.
- “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Qərb və Türk sivilizasiyalarının və geosiyasi maraqların toqquşması müstəvisində”, Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2012, say: 5, s. 43-56.
- “Böyük Ermənistan” ideologiyasının mifoloji əsasları // Journal of Qafqaz University. History, Law and Political Sciences, 2013, volume 1, number:1, s. 38-45.
- “Ermənilərin “din” strategiyasının əsas istiqamətləri”, Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2014, say: 7-8, s. 65-81.
- “İngiltərənin Cənubi Qafqaz siyasətində erməni amili və Naxçıvan məsələsi (XX əsrin əvvəlləri)”, Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2014, say: 4 (11), s. 9-22.
- “Erməni iddialarının siyasi və mifoloji mahiyyəti”, Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2016, say: 1-2 (15-16), s. 47-62.
- “XX əsrin əvvəllərində ABŞ-ın Cənubi Qafqaz siyasətində “erməni amili” və Naxçıvan məsələsi”, Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2017, say: 1-2 (19-20), s. 87-103.
- “Terrorizmin mahiyyəti və “İslamda terror” anlayışına baxış”, Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2017, say:3-4 (21-22), s. 61-76.
- “XX əsrin əvvəllərində azərbaycanlıların soyqırımı və pərdə arxası məqamlar”, Naxçıvan: İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal, 2018, № 36, s. 53-64.
- “Ermənilərin “soyqırım” iddiaları və onun beynəlxalq siyasətdə yeri”, Strateji təhlil. Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, beynəlxalq münasibətlərə dair analitik jurnal, 2018, say:3-4 (25-26), s. 65-80.
- 1915-ci il hadisələri ilə bağlı erməni kiləsisinin iddiaları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2020, №1, s. 34-39.
- Ermənistan dövlətinin yaradılması və Azərbaycana təsiri: tarix, müasir dövr, qlobal maraqlar və yeni geosiyasi reallıq // Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Dövlət İdarəçiliyi: Nəzəriyyə və Təcrübə, Bakı, 2020, 3 (71), s. 137-148.
- Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət: İkinci Qarabağ müharibəsinin başlanması, təhdidlər və təhlillər // Sosiologiya, Sosial Psixologiya və Siyasət (Elmi araşdırmalar jurnalı), Bakı, 2021, №1, s. 46-54.
- Yeni Dünya Nizamının formalaşdırılması kontekstində Cənubi Qafqazda geosiyasi rəqabət // “Naxçıvan” Universiteti, Elmi Əsərlər, 2021, №1, s. 227-244.
- Böyük Şahmat Taxtasında Cənubi Qafqaz və geosiyasi həmlələr // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2021, №1, s. 32-40.
- Ermənistan dövlətinin yaradılması ilə bağlı Böyük Britaniya arxivlərinə baxış // “Naxçıvan” Universiteti, Elmi Əsərlər, 2021, №4 (23), s. 167-173.
- Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və İranın mövqeyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2022, №1, cild:18, s. 46-50.
- İkinci Qarabağ müharibəsində Rusiya Federasiyasının rolu və mövqeyi // Qafqazşünaslıq (elmi-nəzəri jurnal). Bakı, 2022, №1 (3), s. 7-18.
- Kremlin “böyük güc” siyasəti: Ermənistan-Azərbaycan müharibəsi ilə Rusiya-Ukrayna müharibəsinin müqayisəli təhlili // Naxçıvan Dövlət Universiteti. Elmi əsərlər. İctimai elmlər seriyası, 2022, №6 (119), s. 14-30.
- Ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin “Hai-Taht” doktrinası çərçivəsində dəyərləndirilməsi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2022, №3, cild:18, s. 41-51 və s.
Beynəlxalq indeksli və digər nüfuzlu jurnallarda məqalələr:
- Ermeni Soykırımının İçyüzü // Ankara Üniversitesi, Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi (OTAM) Dergisi. Ankara: 2003, sayı:14, s. 217-246.
- Ermenilerin kimliği ve Büyük Ermenistan efsanesi // Ankara Üniversitesi, Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi (OTAM) dergisi. Ankara: 2005, sayı:17, s. 367-386.
- Армянская церковь и террор // Наследие. Москва: 2007, № 4-5, с. 22-25.
- Армянская легенда о пророке Ное и «проблема» Нахчывана // Наследие. Москва: 2009, № 6 (42), с. 52-55.
- Армянские басни о «геноциде» и их влияние на израильско-армянские отношения // Наследие. Москва: 2010, №2 (44), c. 16-19.
- Batılı Hıristiyan Devletlerin Ermeni Meselesine Psikolojik ve Dini Acıdan Yaklaşımı // Gaziosmanpaşa Universitesi Sosyal Bilimler Araştırmaları Dergisi, Tokat, 2011, cilt:6, sayı:2, s. 290-304.
- Uluslararası ilişkiler boyutuyla Ermenistan-Azerbaycan çatışması // Çankırı Karatekin Üniversitesi, Sosyal Bilimler Enstitüsü Dergisi, Çankırı, 2012, cilt: 3, sayı:1, s. 139-160.
- “Hai-Taht İdeolojisi Bağlamında Ermenilerin İşgal Politikası ve Hocalı Soykrımı // Fırat Üniversitesi, Orta Doğu Araştırmaları Dergisi, Elazığ, 2013, cilt:IX, sayı:2, s. 219-231.
- Kars Antlaşması, Nahçıvan’la Bağlı Siyasi Meseleler Üzerine Yeni Bir Değerlendirme ve Ermeni İddiaları // Çankırı Karatekin Üniversitesi, Avrasya Stratejik Uygulama ve Araştırma Merkezi, Uluslararası Avrasya Strateji Dergisi, Çankırı, 2013, cilt:2, sayı:1, s. 15-26.
- The Armenian Question in the Context of the Clash of Civilizations and Geopolitical Interests, its Impact on Armenia-Azerbaijani Relations and Vision of the Near Future // Review of Armenian Studies. A Biannual Journal of History, Politics and International Relations, Ankara, 2013, no: 27, p. 89-129.
- Ermenistan-Azerbaycan Çatışmasının Yakın Geleceği: Barış mı, Savaş mı, Yoksa Ateşkes mi? // Ermeni Araştırmaları dergisi, Ankara, 2013, sayı: 45, s. 73-91.
- Rus ve Ermeni Kaynakları Işığında Ermeni İddialarının Mitolojik Boyutu // Yeni Türkiye: Ermeni Meselesi özel sayısı IV, sayı:63, 2014, s. 3167-3179
- Ermenistan-Azerbaycan Çatışması: Çözüm Yolundaki Temel Sorunlar ve Gelecek Senaryoları // Bilge Strateji dergisi, 2015, cilt:7, sayı:13, s. 31-54.
- 24 апреля 1915 года: геноцид или отселение? // Наследие. Москва: 2015, №2 (74), c. 32-37.
- Events of 24 April 1915: Armenian Genocide or Resettlement? // Heritage. Moskva: 2015, №1 (20), p. 50-57.
- Çarlık Rusya Tarafından Ermenilerin Azerbaycan Topraklarına Göçürülmesi ve Akabinde Oluşturulan Ermeni Vilayeti (1828) (Rus ve Ermeni Kaynakları Işığında) // Çankırı Karatekin Üniversitesi, Avrasya Stratejik Uygulama ve Araştırma Merkezi, Uluslararası Avrasya Strateji Dergisi, Çankırı, 2015, cilt:4, sayı:1, s. 7-24.
- Ermenilerin Nahçıvan İddiaları ve XX. Yüzyılın Başlarında Yapılan Katliamlarda Büyük Güçlerin Rolü // Ermeni Araştırmaları dergisi, Ankara, 2016, sayı: 53, s. 90-106.
- Türkiye-Rusya İlişkilerinde Dağlık Karabağ Sorunu: Çözüm Yolunda Engeller ve Öngörüler // TYB Akademi Dergisi, Ankara, 2016, sayı: 17, s. 109-135.
- Armenia-Azerbaijan, Nagorno Karabakh Conflict: Obstacles to Resolution and Analysis of Force Usage // History Studies, International Journal of History, 2016, volume: 8/3, p. 135-150.
- Ermeni Sorununun Medeniyetler Çatışması Bağlamında Değerlendirilmesi ve Onun Ermenistan-Azerbaycan İlişkilerine Etkisi” // ASOS Journal, the Journal of Academic Social Science, Akademik Sosyal Araştırmalar Dergisi, 2016, sayı: 32, s. 12-29.
- Russia’s Role in the Armenia-Azerbaijan Conflict and Vision of the Near Future // Transylvanian Review, Journal Citation Reports, Romania, 2017, vol: XXV, No. 21, p. 5429-5439.
- Britain’s Armenian Policy in the South Caucasus and Place of the Problem in UK Archives (1917-1920) // Irs, Heritage. Moskva: 2017, №1 (29), p. 26-33.
- İran’ın Nükleer Araştırmalarının Azerbaycan ve Türkiye Açısından Doğurabileceği Potansiyel Tehlikeler // Denge dergisi, Ankara, 2017, sayı:3, s. 86-99.
- Place of the Armenian Question in International Policy and its Impacts on Turkey and Azerbaijan // Bölgesel Araştırmalar Dergisi, Ankara, 2018, cilt:02, sayı:01, s. 10-39.
- Türk dünyasının önemli sorunlarından biri: Karabağ sorunu ve Ermenistan-Azerbaycan çatışması // Denge dergisi, Ankara, 2019, sayı:7, s. 118-139.
- Нагорно-Карабахский конфликт: суть и гипотетические сценарии // Вопросы истории, Москва, 2020, №2, стр. 192-200.
- The Armenia-Azerbaijan war: truths, threats and analyses // The Diplomatic Observer, Ankara, 2020, p. 10-15.
- Geo-political rivalry in the South Caucasus amid emergence of New World Order // Irs, Heritage. Moskva: 2021, №49, p. 30-39.
- The reality of “big policy” of Great Powers and their stances on the Second Karabakh War // Review of Armenian Studies. A Biannual Journal of History, Politics and International Relations, Ankara, 2022, Issue: 45, p. 127-149.
- XX. yüzyıl başlarında İngiltere’nin Güney Kafkasya politikasında ermeni faktörü ve Azerbaycan üzerinde etkileri (İngiliz arşiv belgelerine göre) // Ermeni mezalimi ve vandalizmi – Armenian atrocities and vandalism. Ankara: Avrasya İncelemeleri Merkezi, Terazi yayıncılık, 2023, s. 97-117 və s.
Simpozium və konfrans materialları:
- Ermenistan-Azerbaycan Çatışmasının Perde Arkası: Rusya-Turkiye Çatışması / Ermeni Araştırmaları Turkiye Kongresi Bildirileri. I cilt, ASAM, Ermeni Araştırmaları Enstitusu, Ankara: 2007, s. 1067 – 1081.
- Ermenilerin Türkiye ve Azerbaycan’a Yönelik Toprak İddiaları / Yeni Dönemde Türk Dış Politikası. Uluslararası IV. Turk Dış Poltikası Sempozyumu Tebliğleri. Ankara, Uluslararası Stratejik Araştırmalar Kurumu (USAK) yayınları, 2010, s. 379-390.
- XX. Yüzyıl Başlarında Ermenilerin Nahçıvan’da Yaptıkları Katliamlar / Ermeni Ayaklanmaları (1894-1909) Sempozyumu. Bildiriler. Ankara, Türk Tarih Kurumu, 2015, s. 243-264.
- “Büyük Ermenistan” Düşüncesi ve Bu İdeolojinin Azerbaycan Üzerinde Etkisi / Geçmişten Günümüze Türk-Ermeni İlişkileri Uluslararası Sempozyumu. Tebliğler. Bayburt, Bayburt Üniversitesi yayınları, 2015, s. 213-223.
- Ermənilərin soyqırımı iddiaları və onun beynəlxalq siyasətdə yeri: müqayisəli təhlillər və reallıqlar / “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, Bakı, 2015, №52, 53, 54, 55, s. 438-443.
- Erməni məsələsinin İngiltərənin Cənubi Qafqaz siyasətində yeri (1917-1920) (Böyük Britaniyanın arxiv materialları əsasında) / AMEA Qafqazşünaslıq İnstitutu, Qafqazşünasların I Beynəlxalq Forumu, elmi məruzələr. Bakı, 17-18 aprel 2017, s. 97-103.
- Ermənilərin soyqırımı iddiaları və yəhudi xolokostu: təhlillər, müqayisələr və tarixi reallıqlar / “XX əsrdə Türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusuna həsr olunmuş V beynəlxalq elmi konfransın materialları. Xüsusi buraxılış. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu, Bakı, 2018, №70, 71, 72, s. 452-456.
- XX əsrin əvvəllərində ingilis-erməni əməkdaşlığının Naxçıvan üzərində təsirləri (İngiltərənin arxiv materialları əsasında) / Müsəlman şərqində ilk parlamentli respublika. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları. Bakı, 21-23 may 2018, s. 411-415.
- Beynəlxalq siyasətdə “erməni məsələsinin” yeri, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təsiri / AMEA Qafqazşünaslıq İnstitutu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans. Bakı, 23-24 may 2018, s. 586-593.
- Azerbaycan Halk Cumhuriyeti Döneminde Nahçıvan’da Jeopolitik Durum ve İngiliz-Ermeni İşbirliğinin Bölge Üzerinde Etkileri (1918-1920) / I Uluslararası 20. Yüzyılın İlk Yarısında Türk-Ermeni İlişkileri Sempozyumu, 16-18 Ekim 2019, s. 206-217.
- “Xristianlığın Qafqazdakı qalası: Ermənistan” iddiasının mifoloji əsasları / AMEA Qafqazşünaslıq İnstitutu, Qafqazşünasların II Beynəlxalq Forumu, elmi məruzələr, I kitab, (23-24 aprel 2019). Bakı, 2020, s. 458-463.
- XX əsrin əvvəllərində Ermənistan dövlətinin yaradılmasında qlobal maraqlar və Naxçıvana təsiri / Naxçıvan: “Mədəniyyətlərin Qovuşduğu Məkan”. Beynəlxalq Elmi Konfransın materialları (22-23 oktyabr 2020). Naxçıvan, 2021, s. 93-97.
- Büyük Satranç Tahtasında Güney Kafkasya: Ermenistan-Azerbaycan savaşı, devletlerin tutumu ve jeopolitik hamleler / Qarabağ Azadlıq Təşkilatı. “Qarabağ dünən, bu gün və sabah”. 20-ci elmi-əməli konfransın materialları toplusu. Bakı, 2021, s. 122-141.
- Güney Kafkasya’da jeopolitik durum – 2020: İkinci Karabağ savaşı, gerçekler ve analizler / Soğuk Savaş sonrası sosyal, ekonomik ve siyasal gelişmeler bağlamında Güney Kafkasya. İzmir: İKSAD Publishing house, 2021, s. 73-109.
- Sivilizasiyalararası münasibətlər kontekstində Qərbin İslama baxışı və Cənubi Qafqaza təsiri / “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (məqalələr). Bakı: 2021, I cild, s. 410-424.
- İkinci Qarabağ müharibəsində Fransanın rolu və mövqeyi / AMEA Elm Tarixi İnstitutu, “Azərbaycanın elm və mədəniyyət mərkəzi – Şuşa” mövzusunda beynəlxalq elmi konfransın materialları (06 may 2022). Bakı, 2022, s. 70-78.
- İkinci Karabağ Savaşı’nda Rusya və Fransa’nın jeopolitik yaklaşımları bağlamında Türkiye’nin tutumu ve Şuşa Beyannamesi’ne giden yol / Soğuk Savaş sonrası sosyal, ekonomik ve siyasal gelişmeler bağlamında Güney Kafkasya sempozyumu – Bildiri kitabı. Ankara: İKSAD Publications, 12-13 Mayıs 2022, s. 71-89.
- Новый Мировой Порядок или геополитическая конкуренция? / Глобальная конфликтность и мировые войны: история и современность. Материалы международного научного симпозиума (Россия, Москва, 22 октября 2022 года). Отв. Ред. Проф. И.В.Турицын. М.: НИИ ИЭП, 2022, c. 58-67.
- XX əsrin əvvəllərində Cənubi Qafqazda erməni fəaliyyətlərinin hərbi və maddi baxımdan dəstəklənməsinə dair ingilis raportlarının dəyərləndirilməsi / AMEA Qafqazşünaslıq İnstitutu, Qafqazşünasların III Beynəlxalq Forumu, elmi məruzələr, 2-ci kitab, (19-20 oktyabr 2022). Bakı, 2022, s. 8-13 və s.