10 yanvar 1984-cü ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur.
2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.
2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.
2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi vəzifəsində işləmişdir. 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində məsləhətçi, 2009-2015-ci illərdə Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 oktyabr 2015-ci il tarixli 325-04/S nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 dekabr 2020-ci il tarixli 49-VI FR nömrəli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsinə təyin edilmişdir.
Hazırda Naxçıvan Dövlət Universitetinin Hüquq bölməsinin müdiri vəzifəsində işləyir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 22 iyun tarixli 1284 nömrəli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
2020-ci ildə 4 saylı Yengicə seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmişdir. Ali Məclisin Hüquq siyasəti komitəsinin sədridir.
2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Hüquq fənləri” kafedrasında müəllim, 2022-ci ildən baş müəllim işləyir və Mülki prosessual hüquq fənnini tədris edir.
Evlidir, üç övladı var.
Elmi əsərləri:
1. Kassasiya instansiyası məhkəməsində aparılan cinayət mühakimə icraatının anlayışı, əhəmiyyəti və əsas cəhətləri. Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”. Tarix və ictimai elmlər seriyası. № 5 (25), NDU, “Qeyrət”- 2008, S. 103-106
2. Yuxarı instansiya məhkəmələrində aparılan cinayət mühakimə icraatının anlayışı və fərqli cəhətləri. Bakı, “Qanun” jurnalı - 2009. - № 8, S. 83-86
3. Kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatının həyata keçirilməsi. Bakı, “Qanun” jurnalı - 2010. - № 8, S. 106-109
4. Mülki prosessual hüquq fənni üzrə Metodik Göstərişlər. (Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 28 noyabr 2012-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur (protokol № 03)). Naxçıvan, “Əcəmi”, 2017.
5. Nikahın pozulması haqqında işlərə məhkəmədə baxılmasının xüsusiyyətləri (Fərəh Miriyeva ilə birlikdə). Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, “Azərbaycan Hüquq Jurnalı”, № 3 (ISSN 1810-9055), 2022, S. 59-69
6. Mülki prosessual hüquq fənni üzrə Proqram. (Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 30 dekabr 2021-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunmuşdur (protokol № 06)). Naxçıvan, “Qeyrət”, 2022.
7. Mülki prosessual hüququn prinsipləri. Naxçıvan Dövlət Universiteti, “Elmi əsərlər”. İctimai elmlər seriyası. № 2 (111) (ISSN 2224-0829), NDU, “Qeyrət”- 2022, S. 82-86
8. Mülki işdə iddialar məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin əsas vasitəsi kimi. 1st International Silk Road Conference, May 26-27, 2023 / Nakhchivan, Azerbaijan, Nakhchivan State University, p. 1119-1126
9. Ümummilli Lider Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir. “Şərq qapısı” qəzeti, 26.12.2023, səh 4
10. Naxçıvan Muxtar Respublikasının hüquqi statusu (ixtisarla). “Azərbaycan” qəzeti, 09.02.2024, səh 13
11. Naxçıvan Muxtar Respublikasının hüquqi statusu. “Yeni fikir” qəzeti, 29.02.2024, səh 3