Əhmədov Abbas Heydər oğlu

Əhmədov Abbas Heydər oğlu

1975-ci ildə  Naxçıvan Muxtar Respublikası Culfa şəhərində anadan olmuşdur, azərbaycanlı, ali təhsilli, Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əhmədov Abbas Heydər oğlu 2002-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin tarix ixtisası üzrə əyani şöbəsini, 2004-cü ildə universitetin magistraturasının fəlsəfə istiqamətinin fəlsəfə-tarixi ixtisaslaşması üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildən “Fəlsəfə və sosial iş” kafedrasının müəllimi, 2009-cu ildən NDU Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 2016-cı ildən NDU “Fəlsəfə və sosial iş “kafedrasının müdiri vəzifəsində çalışır.

A.H.Əhmədov universitetin müxtəlif ixtisaslarında tədris etdiyi fənlər üzrə oxuduğu mühazirələrdə, apardığı seminarlarda özünü yaxşı bir pedaqoq kimi təsdiqləyərək fəlsəfə elminin bütün incəliklərinə dərindən yiyələndiyini sübut etmiş, Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini kimi uğurlu işi ilə universitetimizdə tədris işinin təşkilinə özünün töhfəsini vermişdir. O, eyni  zamanda universitetin elmi-ictimai işlərində, keçirilən elmi konfranslarda və ali təhsilin təşkili ilə bağlı müxtəlif səpgili tədbirlərdə fəal iştirak etmişdir.

A.H.Əhmədov Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olub, 2003-2009-cu illərdə partiyanın özəyi universitet şəhərciyində yerləşən ilk təşkilatının sədr müavini vəzifəsində çalışmış, partiya tərəfindən ona verilən tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

A.H.Əhmədov 2016-cı ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun nəznində olan müdafiə şurasında “Keçid dövründə milli-mənəvi dəyərlərin transformasiyası” mövzusunda dissertasiya müdafiə etmişdir.

Fəlsəfə üzrə fəlsəfə doktorudur.NDU-nun dosentidir.

A.H.Əhmədov özünü fəlsəfə elminə həvəsli və bacarıqlı bir tədqiqatçı kimi də göstərmiş, onun 23 elmi məqaləsi müxtəlif məcmuələrdə çap olunmuşdur. A.H.Əhmədov Rusiyada, Türkiyədə, Ukraynada, Polşada və s. beynəlxalq konfranslarda iştirak edib.Aşağıdakı məqalələr onlardan bir qismidir.

Əhmədov Abbas Heydər oğlunun elmi-pedaqoji fəaliiyəti haqqında

 

1. Fəlsəfə tarixində aksioloji nəzəriyyə və müasir dövr Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər, № 3(15),2008,s.12-16
2. Şəxsiyyətin azadlığı və məsuliyyətinin vəhdəti AMEA-nın  Naxçıvan Bölməsinin “Xəbərləri”,2009, №1,s.298-303
3. Heydər Əliyev və milli mənəvi dəyərlər problemi Ümummilli  Lider Heydər Əlirza oğlu Əliyevin irsi və milli ideologiyanın formalaşması məsələləri(2010-cu il mayın 5-də keçirilmiş Ümumrespublika elmi-nəzəri konfransının materialları).Bakı.”Elm və Təhsil”,2010.s.332-335
4. Dini inanclarımız –mənəvi dəyərlərimizin tərkib hissəsi kimi Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, 2010, №2(34), s.193-196.
5. Milli-mənəvi dəyərlərin şəxsiyyətin formalaşmasında rolu Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, 2011, №1(37), s.120-124.
6. Mənəvi dəyərlər anlayışının fəlsəfi mahiyyəti Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, 2012, №1(47), s.104-109.
7. Qloballaşan dünyada milli-mənəvi dəyərlərimiz “Qloballaşma şəraitində kulturoloji innovasiyalar və sosial-mədəni inkişaf” mövzusunda Beynəlxalq konfrans materialları – 21-22 dekabr 2012. ADMİU.  Bakı: Təknur, 2012, s.352-354.
8. Основные особенности национально-духовных ценностей Азербайджана Гiлея: науковий вiсник: збiрник наукових прац / гол.ред. В.М.Вашкевич.-К.:”Видавництво” “Гiлея”,2015.-Bип.94(3). 317-320 с.
9. Национально-нравственные ценности  и азербайджанская диаспора European Scientific journal Wschodnioeuropejskie Czasopismo Naukowe(Polsha). 2016, Volume 2, №1(5)
10. Dəyərlər haqqında baxışların tarixi-fəlsəfi təkamülü. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. İctimai elmlər seriyası. 2017, №2(83)
11. Milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında ziyalı fəaliyyətinin rolu. Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. İctimai elmlər seriyası. 2017, №6(87)
12. Qloballaşmanın milli-mənəvi dəyərlərə təsiri Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. İctimai elmlər seriyası. 2018, №2(91)
13. Azərbaycan Xalq Cumhuriyyəti və milli mənlik şüuru problemi АМЕА Фялсяфя Институтунun Sosial fəlsəfə və Ekoloji problemlər şöbəsi.AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ:TARİXİ VƏ SOSİAL-FƏLSƏFİ TƏHLİL.MƏQALƏLƏR TOPLUSU.BAKI:2018.256 s.
14. Aliyaİzzetbeqoviçin”Doğu ile Batı arasında İslam”eserinde din ile ahlakın felsefi bağlılığı I.Uluslararası Bir Bilge Bir Ülke Sempozyumu Aliya İzzetbeqoviç ve Bosna –Hersek.Gümüşhane Universiteti.Türkiye.3-5 ekim 2018.
15. XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN ƏDƏBİYYATINDA CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA MİLLİ İDEYALAR VƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ .Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunur MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA BƏDİİ ƏDƏBİYYATIN ROLU. BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI. 04-05 dekabr 2018.486 səh.
16. Müasir fəlsəfədə dəyər anlayışı Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. İctimai elmlər seriyası. 2018, №6(95)
17. Heydər Əliyev və milli həmrəylik fəlsəfəsi. Naxçıvan Dövlət Universiteti.Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş respublika elmi konfransının materialları.Qeyrət nəşriyyatı,2019,334 səh.
18. Hüseyn Cavid iblis – insan qarşıdurmasında insanın və dünyanın gələcək taleyi haqqında Naxçıvan Dövlət Universiteti.Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş respublika elmi konfransının materialları.Qeyrət nəşriyyatı,2019,334 səh.
19. Selahaddin Eyyubi, Batı’nın Doğu’ya Karşı 1000 Yıllık Adaletsiz Mücadelesinde Bir Sembol-Parlak Örneği. IĞDIR ÜNİVERSİTESİ ULUSLARARASI EYYÛBÎLER SEMPOZYUMU PROGRAMI 20 NİSAN PAZAR 2019
20. Davamlı insan inkişafı şəratində şəxsiyyət amili Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. İctimai elmlər seriyası. 2019, №2(99)
21. «Отец идеи единства» в тюркском мире Исмаил бей Гаспринский и Азербайджан МИНИСТЕРСТВО КУЛЬТУРЫ РЕСПУБЛИКИ КРЫМ ГОСУДАРСТВЕННОЕ БЮДЖЕТНОЕ УЧРЕЖДЕНИЕ РЕСПУБЛИКИ КРЫМ «БАХЧИСАРАЙСКИЙ ИСТОРИКО-КУЛЬТУРНЫЙ И АРХЕОЛОГИЧЕСКИЙ МУЗЕЙ-ЗАПОВЕДНИК» МЕМОРИАЛЬНЫЙ МУЗЕЙ ИСМАИЛА ГАСПРИНСКОГО .СБОРНИК ТЕЗИСОВ. IV бахчисарайских научных чтений памяти И. Гаспринского «Исмаил Гаспринский и мусульманский мир России», 11 сентября 2019 г. г. Бахчисарай.c.48
22. Yüksek din öğretiminde İmanlı, İdeal Gençlik Nasıl Geliştirilir? İnönü Üniversitesi Rektörlüğünün ev sahipliğinde İlahiyat Fakültesi tarafından 24-25 Ekim 2019 tarihleri arasında “Uluslararası Yüksek Din Öğretimi Sempozyumu” düzenlenmesi planlanmaktadır. Malatya.
23. MÜASİR ГЛОБАЛЛАШМА ŞƏRAİTİNDƏ İCТИМАИ ЩЯЙАТЫН ЩУМАНИСТЛЯШМЯСИ Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i. İctimai elmlər seriyası. 2019, №