Məmmədov Şamxal Şükür oğlu

Məmmədov Şamxal Şükür oğlu

T.ü.f.d., dosent

shamkhal.mammadov@gmail.com

 Məmmədov Şamxal Şükür oğlu 1984-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bildiyiniz kimi Məmmədov Şamxal Şükür oğlu 2000-ci ildə Bakı Dövlət Universitetininin Beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2004-cü ildə həmin ixtisasın bakalavr pilləsini, 2006-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmiş, 2006-2007- ci illərdə hərbi xidmətdə olmuşdu. 2006-2010-cu illərdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Arxeologiya, Etnoqrafiya İnsititutunda dissertant olmuşdur. 2009-2010-cu illərdə Yunanıstanın Saloniki şəhərində Beynəlxalq münasibətlər ixtisası üzrə əyani doktorantura təhsili (PhD) alıb. 2010-cu il sentaybrın 25-də Ş.Ş.Məmmədov tarix üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası 3 yanvar 2011-ci il tarixdə ona tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi vermişdir. 2010-cu ilin sentyabr ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında əvvəlcə müəllim, 2012-ci ildən baş müəllim, 2014-cü ildən dosent vəzifəsində işləyir. 2011-ci ilin yanvar ayından-2016-cı ilin yanvar ayına qədər YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2016-cı ilin yanvarından 2018-ci ilin may ayınadək Naxçıvan Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində işləyib. 2018-ci ilin iyun ayından Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir.