Strateji inkişaf planının icra və monitorinq qaydaları

  1. Struktur bölmələr Naxçıvan Dövlət Universitetinin strateji inkişaf planındakı hədəflərin yerinə yetirilməsi ilə bağlı rüblük, yarımillik və illik hesabatlar hazırlayır.
  2. Bütün hesabatlar qəbul olunmuş vahid normaya uyğun olaraq hazırlanmalıdır. (1 nömrəli əlavə)
  3. Hazırlanmış hesabatlar elektron formada epoçt vasitəsilə Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsinə göndərilməlidir.
  4. Əgər hesabatlarda xətalar olarsa, bununla bağlı Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsi aidiyyatı struktur bölməni məlumatlandırır.
  5. Aidiyyatı struktur bölmə 3 gün ərzində hesabatdakı xətanı aradan qaldıraraq təkrar epoçt vasitəsilə Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsinə göndərir.
  6. Bütün hesabatlar alındıqdan sonra Strateji işlər üzrə rektor müşavirinin iştirakı ilə hesabatların müzakirəsi aparılır.

 

 

1 nömrəli əlavə

[Aidiyyatı bölmə adı]

H E S A B A T I

s/n Hədəfin təsviri Hədəf üzrə əldə olunmuş irəliləyiş Hədəfi reallaşdırarkən qarşıya çıxmış problemlər Göstəricilər
Kəmiyyət Keyfiyyət
1        
2        
3        
4        
5