Konfransdan öncə universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin süni intellekt proqramı ilə hazırladıqları yaradıcılıq nümunələrindən ibarət səgiyə baxış olub. Sərgidə moderator robot “Banu”, radio siqnal ilə idərə olunan robot qol, müasir gömruk sistemi, CNC printer –lazer, hərbi sənaye üçün müdafiə sistemi, rəssam printer, ağıllı ev, ağıllı şəhər, NDU üçun prototip tramvay, ağıllı dayanacaq, ağıllı avtomobil dayanacaqları, ağıllı eynək, süni intellekt modeli– proqram, tullantı qablardan flament istehsal edən qurğu nümayiş olunub.
Sərgi konfransda iştirak edəcək qonaqlar tərəfindən maraqla qarşılanıb.