DOKTORANTURAYA QƏBUL!

19.05.2026

DOKTORANTURAYA QƏBUL!

Naxçıvan Dövlət Universiteti 2026-cı il üçün doktorant hazırlığı üzrə 

aşağıdakı ixtisaslara qəbul elan edir.

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Doktorantura

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği (manatla)

o cümlədən

əyani

qiyabi

2303.01

Qeyri-üzvi kimya

1

 

1

2400

2306.01

Üzvi kimya

1

 

1

2400

2307.01

Fiziki kimya

1

 

1

2400

2417.01

Botanika

1

 

1

2400

3213.01

Cərrahlıq

1

 

1

2400

3226.01

Stomatologiya

1

 

1

2400

3338.01

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)

1

1

 

2400

5310.01

Dünya iqtisadiyyatı

1

1

 

2400

5311.01

Müəssisələrin təşkili və idarə olunması

1

1

 

2400

5312.01

Sahə iqtisadiyyatı

1

1

 

2400

5401.01

İqtisadi coğrafiya

1

 

1

2400

5503.02

Vətən tarixi

1

 

1

2400

5505.02

Arxeologiya

1

 

1

2400

5608.01

Mülki hüquq: sahibkarlıq hüququ, ailə hüququ, beynəxalq xüsusi hüquq

1

 

1

2400

5706.01

Azərbaycan dili

1

 

1

2400

5708.01

German dilləri

1

 

1

2400

5716.01

Azərbaycan ədəbiyyatı

1

 

1

2400

5720.01

Jurnalistika

1

 

1

2400

5801.01

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (təhsilin sahələri və səviyyələri üzrə)

1

1

 

2400

5802.01

Təhsilin təşkili və planlaşdırılması

1

 

1

2400

5804.01

Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi

1

 

1

2400

6401.01

Memarlıq nəzəriyyəsi və tarixi abidələrin bərpası və rekonstruksiyası

1

 

1

2400

 

Cəmi:

22

5

17

 

 

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada (portal.edu.az vasitəsilə 19.05.2026-cı il tarixindən 3 həftə müddətinə) həyata keçiriləcək. Doktoranturaya qəbul olmaq istəyən şəxslər sənədlərini portala yükləməlidir.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

1.    rektorun adına ərizə

2.    kadrların şəxsi-qeydiyyat vərəqi (əmək fəaliyyəti ilə məşğul olmayanlar üçün anket);

3.    tərcümeyi-hal;

4.    iş yerindən xasiyyətnamə;

5.    iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

6.    çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

7.    Şəxsiyyəti təsdiq edən sənədin surəti;

8.    ali təhsil müəssisəsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyası müdafiə edən) və yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) bitirmək haqqında diplomların müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

9.    yalnız ali təhsil müəssisələrində magistraturanın sonuncu təhsil ilində təhsil alan şəxslər sənəd qəbulu zamanı diplom əvəzinə təhsil aldığı ali təhsil müəssisəsindən verilmiş arayış təqdim edə bilərlər. Eyni zamanda bildiririk ki, doktoranturaya qəbul imtahanlarında müvəffəqiyyət qazanmış şəxslər 1 oktyabr 2026-cı il tarixinədək təhsil haqqında sənədlərini (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnaməni) müəssisəyə təqdim etməlidirlər. Diplomunu (xarici ölkədən alınmış təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnaməni) təqdim etməyən şəxslərin doktoranturaya qəbulu təsdiqlənməyəcəkdir;  

10. Xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG - əgər varsa);

Müəssisə rəhbərinin sədrliyi ilə fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərləri, aparıcı əməkdaşlar və doktorantların potensial elmi rəhbərlərindən ibarət yaradılmış qəbul komissiyası tərəfindən doktoranturaya sənəd qəbulu və bununla bağlı digər tədbirlərin (sənədlərin düzgün olması, ixtisas uyğunluğunun müəyyən edilməsi, elmi rəhbərlərin təyin olunması və s.) həyata keçiriləcəkdir. Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxs ali təhsil müəssisəsinə dəvət olunacaq, nəzərdə tutulan elmi rəhbər onunla müsahibə keçdikdən sonra o, rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edəcəkdir. İmtina olunduğu halda namizədə digər elmi rəhbər təklif olunacaqdır. Elmi rəhbərin rəyi olmadan sənəd qəbulu tamamlana bilməz.

Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir. Portalla iş üzrə təyin edilmiş məsul şəxs qeydiyyatdan keçən uyğun namizədlərin sənəd qəbulunu təsdiq edir. Namizədlər xarici dil üçün müraciət mərhələsinə buraxılırlar. (“Xarici dil” imtahanının 25.06.2026-cı il tarixində keçirilməsi nəzərdə tutulmuşdur, imtahanda iştirak üçün namizədlər dim.gov.az saytından qeydiyyatdan keçməlidirlər və ya qüvvədə olan dil sertifikatları (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG) malik olan şəxslər müvafiq sertifikatı Dövlət İmtahan Mərkəzinə təqdim etdikdə xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir)

“Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş namizədlər “Fəlsəfə” fənnindən imtahan mərhələsinə buraxılacaqlar (“Fəlsəfə” fənni üzrə imtahanın 1-3 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur). “Fəlsəfə” fənnindən “məqbul” alan namizədlər ixtisas imtahanı mərhələsinə buraxılacaqlar (İxtisas imtahanlarının 8-10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur).

Əlavə məlumat üçün əlaqə: Naxçıvan Dövlət Universiteti Magistratura və doktorantura mərkəzi

E-mail: tabrizabaghirova@ndu.edu.az

Tel: (+994 36) 544 08 61 (daxili 3300)