Naxçıvan Dövlət Universiteti 2026-2027-ci tədris ilində əlavə (təkrar) ali təhsilə tələbə qəbulu

08.06.2026

Naxçıvan Dövlət Universiteti 2026-2027-ci tədris ilində əlavə (təkrar) ali təhsilə tələbə qəbulu

 

Sıra №

İxtisasın şifri

İxtisasın adı

Təhsil alanların illik təhsil haqqı məbləği (manatla

Əyani

Qiyabi

1

6002015

Tarix

 

2000

2

6004004

İqtisadiyyat

 

3000

3

6004008

Mühasibat

 

2000

4

6100003

Tibb

5000

 

5

6003011

Musiqişünaslıq

 

2000

6

6002005

Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

 

2000

7

6002012

Psixologiya

 

2000

8

6006016

İnformasiya texnologiyaları

 

2000

9

6003009

İnstrumental ifaçılıq-Xalq çalğı alətləri

 

2000

10

6002010

Kitabxanaçılıq və informasiya fəaliyyəti

 

2000

11

6003012

Muzey, arxiv işi və abidələrin qorunması

 

2000

 

Əlavə (təkrar)  ali təhsil almaq istəyən şəxslər 04 iyun - 20 avqust 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin www.portal.edu.az platformasından qeydiyyatdan keçərək müraciətlərini edə bilərlər. Platformaya daxil olduqdan sonra “Əlavə təhsilə elektron sənəd qəbulu xidmətinə” keçid edərək muvafiq xanaları doldurduqdan sonra “Əvvəlki təhsil haqqında sənəd və onun əlavəsi”nin əslini (nüsxəsi icazə verilmir) və “İxtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd” sistemə yüklənilir.

Təkrar ali təhsil yalnız ödənişli formada bağlanmış fərdi müqavilə əsasında həyata keçirilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili səviyyələrində təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi - diplom (diploma əlavə ilə birlikdə) verilir.

1993-cü ildən sonra xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Təkrar ali təhsilə qəbul 2 mərhələdə TestMüsahibə əsasında aparılır. Test mərhələsini uğurla keçən namizədlər Müsahibə mərhələsinə buraxılacaq. Hər iki mərhələni uğurla keçən namizədlər təkrar ali təhsil almaq hüququ qazanır. İmtahanların tarixi və yeri haqqında məlumatlar namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.

Ünvan : Naxçıvan şəhəri, Universitet şəhərciyi, əsas bina.

Telefon: 036-544-08-61 (Daxili 1023)

QEYD: Tibb ixtisası üzrə müraciət etmiş namizədlərin əsas (baza ali) tibb təhsili ixtisaslarına və ya əczaçılıq, kimya, biologiya ixtisaslarına uyğun gəldiyi halda müraciət etmək hüququnu özündə saxlayır.