27.05.2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetində "Ali təhsil müəssisələri tələbələri arasında "Vergilər" mövzusunda Ümumrespublika olimpiadası"nın seçim mərhələsi keçirilib

          Seçim mərhələsində İqtisadiyyat və idarəetmə fakültəsi tələbələrindən ən yüksək nəticə göstərən 5 tələbə final mərhələsinə vəsiqə qazanıb.

          Final mərhələsinin iyun ayında Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulub. Seçim mərhələsində İqtisadiyyat və idarəetmə fakültəsinin "İqtisadiyyat" ixtisası üzrə üçüncü kurs tələbəsi Nadirov Əli 83 bal toplayaraq Azərbaycan üzrə ən yüksək nəticəni əldə edib.

          Tələbələrimizi təbrik edir, final mərhələsində uğurlar arzu edirik!