Fakültənin “İnformatika” kafedrasının baş müəllimi Sevinc Paşayeva “Ağıllı yanaşmaların meydana gəlməsi. Süni intellektin fəlsəfəsi” mövzusunda elmi-nəzəri seminar keçib. Seminarda fakültənin akademik heyəti, doktorant, magistr və bakalavrlar iştirak edib.
Kafedra müdiri, dosent Vüqar Salmanov elmi-nəzəri seminarın açılışını edərək mövzunun aktuallığı barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra kafedranın baş müəllimi Sevinc Paşayeva mövzu ilə bağlı çıxış edərək, süni intellektin insan düşüncəsini necə təqlid etdiyini və cəmiyyət həyatına təsirindən danışıb. Bildirilib ki, bu texnologiya gələcəkdə insanlıq üçün risklər və fürsətlər yaradacaq və eyni zamanda cəmiyyətin dəyərləri ilə uyğunluğunu təmin etmək də vacib məsələlərdən biri olacaq.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və fakültə dekanı dosent Məftun İsmayılov çıxış edərək bildirib ki, elmi-nəzəri seminar süni intellektin inkişafı ilə bağlı fundamental sualları və fəlsəfi məsələləri müzakirə etməyə imkan verir. O qeyd edib ki, süni intellekt insan zəkasına bənzər düşüncə və qərarvermə qabiliyyətlərini, üzərində aparılan araşdırmaların əhəmiyyətini vurğulamaqla yanaşı, etik və sosial məsuliyyətləri də gündəmə gətirir.
Çıxışlardan sonra seminar öz işini qarşılıqlı müzakirələrlə davam etdirib.