Naxçıvanın 100 illiyinə həsr olunmuş Şəhər salma və memarlıq irsi adlı sərgi müsabiqəsi təşkil olunub

Müsabiqədə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının tələbələri də iştirak edib. III kurs dizayn ixtisası tələbəsi Gülnar İsmayılova müsabiqədə qalıb gəlib. I kurs dizayn ixtisasının tələbələri Gülnur Seyidova və Şəhrizad Quluzadə , II kurs rəngkarlıq ixtisası tələbəsi Günay Zamanova, III kurs dizayn ixtisası üzrə Günel  Hacıyeva fəal iştirakına görə diplomla mükafatlandırılıb.