SAT Qeydiyyat və İmtahan Mərkəzi

Ali təhsil ocağının beynəlxalq əlaqələrinə, ingilisdilli tədrisə dəstək, univeristetin akademik heyətinin xarici dil bacarıqlarının artırılmasını, xarici imtahanlara, Amerika və Avropanın nüfuzlu universitetlərindəki təhsilə əlçatanlığı təmin etmək məqsədilə NDU-da British Council Azerbaijan nəzdində fəaliyyət göstərən IELTS mərkəzi ilə yanaşı American College Board nəzdində fəaliyyət göstərən SAT (14.06.2023) qeydiyyat və imtahan mərkəzi fəaliyyət göstərir. Mərkəzlər nəinki universitetin, bütövlükdə regionun inkişafına öz töhfəsini verir. Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzi kimi fəaliyyət göstərən ilk dövlət Ali Təhsil Müəssisəsidir. 14 iyun 2023-cü ildə Amerika Birləşmiş Ştatları College Board təşkilatı tərəfindən rəsmi olaraq Naxçıvan Dövlət Universiteti SAT imtahan mərkəzi kimi qeydiyyata alınmışdır.Naxçıvan Dövlət Universitetindəki SAT mərkəzi aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

—    Dijital SAT imtahanı üçün onlayn qeydiyyat aparmaq;

— İmtahan mərkəzi kimi fəaliyyət göstərmək;

—    SAT konsultasiya mərkəzi kimi fəaliyyət göstərmək;

—    SAT hazırlıq mərkəzi kimi fəaliyyət göstərmək. 

Mərkəzdə Koordinator, köməkçi koordinator, Proktor, texniki mütəxəssis  və zal nəzarətçisi fəaliyyət göstərir. Mərkəzdə 2023-2024-cü tədris ilində keçirilən 5 (+1 make-up test) imtahanda 149 şagird iştirak etmişdir. İmtahan verənlər əsasən Naxçıvan MR və Bakı şəhərində yerləşən müxtəlif məktəblərin şagirdləridir. Mərkəzdə keçirilən imtahanlarda azərbaycanlılarla yanaşı Türkiyə və İran vətəndaşları olan şagirdlər də iştirak etmişdir. SAT Qeydiyyat və İmtahan Mərkəzinin koordinatoru Aidə Cəlilzadədir.