Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, b.ü.f.d, dos. Elsevər Əsədov tərəfindən keçirilən təlimdə elmi məqalənin strukturu, mövzunun düzgün seçilməsi, elmi mənbələrdən istifadə qaydaları, istinad və sitat gətirmə prinsipləri, beynəlxalq elmi jurnalların tələbləri, plagiat məsələləri və məqalələrin indekslənən bazalara göndərilməsi prosedurları kimi mövzulara toxunulmuşdur.
Ardınca təlim sual-cavab sessiyası ilə davam etmişdir.



