18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Dövlət Universitetində silsilə tədbirlər həyata keçirilir

20.04.2026

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Naxçıvan Dövlət Universitetində silsilə tədbirlər həyata keçirilir

Tədbirlər planına uyğun olaraq, Naxçıvan Dövlət Universiteti tərəfindən milli-mədəni irsin təbliği, tələbələrin tarixə və memarlıq abidələrinə marağının artırılması məqsədilə müxtəlif ekskursiyalar təşkil olunub. 

          Tələbə Gənclər Təşkilatının heyəti Mömünə Xatun türbəsi və Açıq Səma Altında Muzeyə ekskursiya edərək bu tarixi məkanlarla yaxından tanış olublar. Ekskursiya çərçivəsində “Bələdiyyə və turizm” kafedrasının müəllimi Mehman Şabanov tərəfindən açıq dərs keçirilib, abidələrin tarixi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat verilib.

          Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri ekskursiya çərçivəsində Yusif ibn Küseyr türbəsini ziyarət ediblər, burada “Memarlıq” kafedrasının müəllimi Anar Sadıqov tərəfindən açıq dərs təşkil olunub. Açıq dərsdə abidənin memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti geniş şəkildə izah edilib.

          Tələbə Turizm Assosiasiyasının heyəti növbəti ekskursiyada Qarabağlar türbəsinə səfər edib. Ekskursiya zamanı tarix elmləri doktoru, dosent Toğrul Xəlilov və Vətən tarixi üzrə doktorant, “Azərbaycan tarixi” kafedrasının müəllimi Nuray Məmmədli tərəfindən tələbələrə ətraflı məlumat verilib, abidənin tarixi və əhəmiyyəti geniş şəkildə şərh olunub.

          Eyni zamanda NSU SDG klubun üzvləri Naxçıvanqala Tarixi-Memarlıq Muzey Kompleksinə ekskursiya təşkil olunub. Burada tələbələrə kompleksin tarixi əhəmiyyəti, ekspozisiyaları və Naxçıvanın qədim şəhər mədəniyyəti barədə geniş məlumat təqdim edilib.

          Qeyd edək ki, bu cür təşəbbüslər tələbələrin milli irsə bağlılığının gücləndirilməsi, tarixi-memarlıq abidələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.