Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) növbəti böyük yaradıcılıq platforması olan “Dizayn Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib.
Memorandumda dizayn sahəsi üzrə qarşılıqlı akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi tədqiqat və yaradıcılıq layihələrinin həyata keçirilməsi, seminar, təlim, ustad dərsləri və sərgilərin təşkili, inklüziv təhsil imkanlarının inkişaf etdirilməsi, ortaq təşəbbüslərin reallaşdırılması, eləcə də gənclərin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş proqramların icrası nəzərdə tutulur.
Eyni zamanda sənədlər ali təhsil müəssisələri ilə sosial tərəfdaş qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi, müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı və yaradıcı sənaye sahəsində yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına xidmət edir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında AzMİU-da dizayn sahəsində tətbiq olunan müasir yanaşmaların öyrənilməsində maraqlı olduqlarını bildirib.
O, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən tədbir Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsinə təsadüf edir.
Bu baxımdan platforma gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların müasir dizayn düşüncəsi və dayanıqlı şəhər mühiti anlayışları ilə tanış edilməsi baxımından mühüm rol oynayır.
Açılış proqramına uyğun olaraq, qonaq universitetlərin tələbələrinin işlərindən ibarət sərgilər təşkil olunub.
Sərgidə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələri tərəfindən hazırlanmış memarlıq maketləri, texnoloji həllər və tətbiqi layihələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu sərgilər ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin Bununla yanaşı, universitet-sənaye əməkdaşlığı istiqamətində səmərəli görüşlər və mühüm müzakirələr aparılıb.




