Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti NDU kampusu ilə tanış olub

05.02.2026

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti NDU kampusu ilə tanış olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti NDU kampusu ilə tanış olub. 

Tanışlıq çərçivəsində nümayəndə heyəti NDU-da Naxçıvan İnnovasiya Mərkəzi, Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində fəaliyyət göstərən Biotexnologiya Mərkəzi, Tibb fakültəsinin Sitologiya, Anatomiya kabinələri, Stomotoloji Simulyasiya Mərkəzi, NDU-nun Tələbə yataqxanası, Qonaq evi və NDU-nun Elmi Kitabxanasını gəzərək tədris infrastrukturu, elmi tədqiqat imkanları və tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.