Naxçıvan Dövlət Universitetində fəlsəfə və elmlər doktoru proqramında təhsil alan doktorant və dissertantlarla Magistratura və doktorantura mərkəzində müşavirə keçirilmişdir.
Mərkəzin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev çıxış edərək 2024-cü ildə doktorantura təhsil səviyyəsində görülən işlər və 2025-ci ildə qarşıda duran vəzifələr, doktorantura təhsilinə verilən yeni tələblər haqqında danışmışdır.
Qeyd edək ki, müşavirə NDU Magistratura və doktorantura mərkəzinin strateji fəaliyyət planına əsasən həyata keçirilmişdir.
.jpg)


