"Elmi tədqiqatlarda süni intellekt alətlərindən istifadə" adlı təlim keçirilib

11.12.2025

"Elmi tədqiqatlarda süni intellekt alətlərindən istifadə" adlı təlim keçirilib

Naxçıvan Dövlət Universiteti Magistratura və doktorantura mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə giriş nitqi ilə çıxış edən mərkəzin direktoru Çapay Quliyev qeyd edib ki, süni intellekt həyatımızın bütün sahələrinə sürətlə nüfuz edir. Bu baxımdan süni intellek alətlərindən düzgün istifadə günümüzün ən aktual məsələlərindəndir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı olmuşdur. Bu sərəncam ölkəmizdə süni intellektin həm bütün sahələrdə tətbiqi, həm də inkişaf etdirilməsinin strateji hədəflərini müəyyənləşdirir. Magistrantların elmi tədqiqatlarda süni intellekt alətlərindən düzgün və səmərəli istifadə bacarıqlarının formalaşdırılması da əsas məqsəd kimi daim diqqətdə saxlanılmalıdır.

Bu isə təlimin nə qədər aktual olduğunu bir daha sübut edir. Təlimi Qaziantep Universitetinin professoru Bulent Döş təqdim edib.

Təlimin iştirakçıları olan magistrantlara praktik nümunələr üzərindən süni intellekt tətbiqlərinin elmi tədqiqatlarda isrifadəsinə dair nümunələr göstərilib. Təlimdə professor Bülent Döşlə yanaşı həmin umiversitetin professorları Erdal Bay və Məhəmməd Aykuthan Ulusoyda iştirak edib.

Təlim olduqca maraqla qarşılanıb və magistrantları maraqlandıran suallar cavablandırılıb.