22 sentyabr tarixində Türk Tarix Qurumunun Fəxri Üzvü, tanınmış tarixçi və yazıçı İlber Ortaylı, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və ali təhsil ocağının rəhbər heyəti Türk dünyasının böyük liderləri – Ümummilli Lider Heydər Əliyevin və böyük öndər Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidə önünə gül dəstələri qoyulub.
Daha sonra tanınmış elm xadimi İlber Ortaylı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.