Əsas tərəfdaşı Naxçıvan Dövlət Universiteti olan “Robotex Naxçıvan” və “Robotex Azərbaycan” robotexnika fesivallarına hazırlıq məqsədilə 30-31 avqust 2023 – cü il tarixində Bakı şəhərində ADA Universiteti və Bakı Ali Neft Məktəbinin, 02-03 sentyabr 2023-cü il tarixində isə Naxçıvan şəhərində Naxçıvan Dövlət Universitetinin ev sahibliyi edəcəyi “Mentor təlimləri” təşkil olunacaq.
Nəzərinizə çatdıraq ki, Türkiyə Respublikasının 10 fərqli universitetinin akademik heyəti tərəfindən keçiriləcək təlimlər universitet, orta məktəb, lisey və orta ixtisas məktəblərinin müəllimləri üçün nəzərdə tutulur.



