Naxçıvan Dövlət Universitetində İnnostart proqramı üzrə iki inkubasiya proqramını yekunlaşdırdıq

SUP VC şirkətinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən “InnoStart” proqramının iki dalğası çərçivəsində Naxçıvan Dövlət Universitetində ümumilikdə 9 startap komandası uğurla inkubasiya prosesindən keçərək məzun oldu.

Regionda ilk dəfə bu miqyasda keçirilən proqram sübut etdi ki, Naxçıvan təkcə tarixi və mədəni irsi ilə deyil, həm də innovasiya və texnologiya potensialı ilə seçilir. Gənc və yaradıcı komandalar ideyalarını qısa zamanda konkret məhsullara çevirmək üçün böyük həvəs və səylə çalışdılar.

Proqram boyunca iştirakçılar intensiv təlimlərə qatıldılar, peşəkar mentorlarla işlədilər və ideyalarını real, dayanıqlı biznes modellərinə çevirmək imkanı qazandılar.

İştirak edən startaplar:

PriX

Admatic

KvantSafe

Kimi.az

İmyen

SpecDeaf

OnePharm

Scapp

BioScript

Bu 9 startapın uğuru ilə Naxçıvan Dövlət Universitetində güclü innovasiya ekosisteminin formalaşacağına ürəkdən inanırıq.

Bu komandalar texnologiya, sağlamlıq, təhlükəsizlik, təhsil və reklam sahələrində innovativ həllər üzərində çalışaraq proqramı uğurla başa vurdu.

“InnoStart” regionlarda innovasiya ruhunu gücləndirmək, startapların inkişafına dəstək olmaq və yeni nəsil texnoloji liderlərin formalaşmasına töhfə vermək məqsədi daşıyır.