Naxçıvan Dövlət Universitetinin ali təhsil müəssisələrinin sərgisindəki iştirakı uğurla yekunlaşıb

31.07.2026

Naxçıvan Dövlət Universitetinin ali təhsil müəssisələrinin sərgisindəki iştirakı uğurla yekunlaşıb

Naxçıvan Dövlət Universitetinin Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisindəki iştirakı uğurla yekunlaşıb.

Üç gün davam edən sərgidə NDU-nun nümayəndə heyəti abituriyent və valideynləri universitetdə tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq proqramları, təqaüd və sosial dəstək imkanları, eləcə də tələbə həyatı ilə tanış edib. Sərgi müddətində universitetin stendinə 2000-ə yaxın ziyarətçi yaxınlaşaraq onları maraqlandıran suallara cavab alıb və qəbul prosesi ilə bağlı ətraflı məlumat əldə edib.

Sərgi günlərində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və nümayəndə heyəti də Naxçıvan Dövlət Universitetinin stendini ziyarət edib. Görüş zamanı universitetin 2026–2027-ci tədris ili üçün nəzərdə tutulan yeniliklər və təhsil imkanları barədə məlumat verilib.

Sərgi Naxçıvan Dövlət Universitetinin təhsil imkanlarının geniş auditoriyaya təqdim edilməsi və abituriyentlərin gələcək ixtisas seçiminə dəstək göstərilməsi baxımından əhəmiyyətli platforma olub.

Qeyd edək ki, sərgidə Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, eləcə də ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunub.