Naxçıvan Dövlət Universitetinin “Psixologiya” ixtisası üzrə tələbələri Ankara Universitetində klinik stajlarını davam etdirirlər

09.07.2026

Naxçıvan Dövlət Universitetinin “Psixologiya” ixtisası üzrə tələbələri Ankara Universitetində klinik stajlarını davam etdirirlər
06–07 iyul tarixlərində Naxçıvan Dövlət Universitetinin “Psixologiya” ixtisası üzrə tələbələri Türkiyənin Ankara Universiteti Tibb fakültəsində klinik staj keçiblər.
 
III kurs tələbələri Psixiatriya şöbəsində, II kurs tələbələri isə Nevrologiya şöbəsində praktik fəaliyyətlərdə iştirak ediblər.
Rotasiya prinsipi əsasında təşkil olunan staj müddətində tələbələr mütəxəssis həkimlərin nəzarəti altında şöbələrin iş prinsipləri, pasiyentlərin klinik qiymətləndirilməsi, müşahidə prosesləri, pasiyentlərlə peşəkar ünsiyyət və multidissiplinar komanda işinin xüsusiyyətləri ilə yaxından tanış olublar.
 
Beynəlxalq klinik mühitdə keçirilən bu stajlar tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, peşəkar səriştələrinin inkişafına və gələcək fəaliyyətləri üçün mühüm klinik təcrübə qazanmalarına əhəmiyyətli töhfə verir.