Naxçıvan Dövlət Universitetində keçirilən tədbir çərçivəsində fakültələrin elmi-tədqiqat fəaliyyətini əks etdirən sərgi təşkil olunub. Sərgidə universitetin müxtəlif fakültə və kafedralarının elmi potensialını nümayiş etdirən materiallar təqdim edilib.
Ekspozisiya zamanı fakültə əməkdaşları tərəfindən hazırlanmış və dərc edilmiş monoqrafiya və dərsliklər, elmi-tədqiqat işləri, əldə olunmuş sertifikatlar, eləcə də Scopus və Web of Science beynəlxalq elmi bazalarında dərc edilmiş məqalələr nümayiş etdirilib.
Sərgidə, həmçinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən il ərzində icra olunmuş layihələrin proqramları, tələbələr tərəfindən yazılmış elmi məqalələr, elmi müsabiqə və yarışlarda qazanılmış kubok və medallar, müxtəlif diplom və mükafatlar yer alıb.
Təqdim olunan materiallar universitetdə elmi fəaliyyətin miqyasını, tədqiqatların say və keyfiyyət göstəricilərini, eləcə də akademik heyət və tələbələrin elmi proseslərdə fəal iştirakını əyani şəkildə nümayiş etdirib.




