Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində AAT Elm və Texnologiya Universitetinin dosenti Gökhan Uşma tərəfindən “İqlim məlumatları və fasad dizaynı: təsirlər və yanaşmalar” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində iqlim məlumatlarının fasad dizaynına təsirləri barədə məlumat verilib və memarlıqda kölgələmə ünsürlərinin əhəmiyyəti vurğulanıb.
Təlimdə iştirakçılar tarixi memarlıq abidələrində, eləcə də bir sıra modern tikililərdə kölgələmə elementlərinin iqlimə uyğun tətbiqi vasitəsilə günəş şüalarının qarşısının alınmasına dair praktiki yanaşmalarla tanış olublar. Həmçinin günəşqırıcı elementlərin dizayn üsulları, onların yay mövsümündə günəşdən qoruma, qışda isə istiliyin saxlanılmasındakı rolundan danışılıb.
Naxçıvanın iqlim şəraiti nəzərə alınaraq müxtəlif nümunələr təqdim olunub və interaktiv müzakirələr aparılıb.
Sonda iştirakçılar təlimçi tərəfindən mövzü ilə bağlı aparılan sorğuda fəal iştirak ediblər.
Gülay Tahirli
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi




