Naxçıvan Dövlət Universitetində Mingəçevir Dövlət Universitetinin nümayəndələri ilə görüş olub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş “Elmin zamanla sınanmış dəyəri” adlı respublika elmi konfransında iştirak edən Mingəçevir Dövlət Universitetinin nümayəndələri ilə görüşüb.

NDU-nun rektoru Elbrus İsayev konfransda iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirib və bu cür tədbirlərin elmi əməkdaşlığın gücləndirilməsində əhəmiyyətini vurğulayıb. Görüş zamanı rektor 2026-cı ildə iki universitetin birgə təşkil edəcəyi elmi konfrans, ortaq elmi tədqiqat işlərinin aparılması, tədris sahəsində əməkdaşlıq və digər istiqamətlər üzrə birgə fəaliyyət imkanlarından bəhs edib.

Rektor tərəfindən keçirilən görüş, universitetlərarası təcrübə mübadiləsinin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib.

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı