
Naxçıvan Dövlət Universitetinin Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının əməkdaşları üçün “İlkin tibbi yardım” mövzusunda təlim keçirilib.
Təlim “Sağlam gənclik – sağlam gələcək” layihəsi çərçivəsində Tibb fakültəsinin əməkdaşı Sahib Abuzərov və layihə üzvləri Bəhriyyə Mustafayeva və Aydanur Yeşilbağ tərəfindən aparılıb.
Təlimdə idman məşqləri zamanı uşaqlar arasında yarana biləcək təcili hallarda ilkin tibbi yardımın göstərilməsi, əsas müayinə prinsipləri və yardım üsulları iştirakçılara əyani şəkildə izah olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.

