Naxçıvan Dövlət Universitetində təqaüdə yola salınan müəllimlərlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində uzun illər səmərəli fəaliyyət göstərmiş, gənc nəslin yetişdirilməsində böyük xidmətləri olan müəllimlərin təqaüdə yola salınması münasibətilə görüş keçirilib.

Tədbiri universitetin rektoru Elbrus İsayev açaraq ali təhsil müəssisəsinin inkişafında əməyi olan müəllimlərin xidmətlərindən danışıb. Bildirilib ki, bu gün Naxçıvan Dövlət Universitetində elmi və pedaqoji mühitin formalaşmasında məhz bu nəsil müəllimlər böyük pay sahibidirlər. Onların bilik və təcrübəsi gənc kadrların hazırlanmasında mühüm rol oynayıb.

Görüşdə çıxış edən müəllimlər keçdikləri uzun və şərəfli yoldan, universitetdəki xatirələrindən bəhs ediblər.

Sonda təqaüdə yola salınan müəllimlərə təşəkkürnamələr təqdim olunub, xatirə fotosu çəkdirilib.