4 aprel 2026-cı il tarixdə Naxçıvan Dövlət Universiteti xəstəxanası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Tiroid xəstəliklərində radioloji diaqnostika və differensial yanaşma” mövzusunda təlim təşkil olunub.
Təlim Baku City Hopital Görüntüləmə Mərkəzinin Radiologiya şöbəsinin müdiri, həkim-radioloq Sevinc Musayeva tərəfindən aparılıb. Tədbir çərçivəsində iştirakçılara tiroid patologiyalarının müasir görüntüləmə üsulları, differensial diaqnostika prinsipləri və real klinik nümunələr əsasında praktiki yanaşmalar təqdim olunub.
Təlimdə tibb tələbələri, gənc həkimlər və bu sahəyə maraq göstərən şəxslər iştirak ediblər. İnteraktiv müzakirələrlə zəngin olan proqram iştirakçıların nəzəri biliklərinin möhkəmləndirilməsi və praktiki bacarıqlarının inkişafı baxımından faydalı olub.
Daha sonra Sevinc Musayeva universitet xəstəxanasında tələbələrlə birgə xəstə müayinəsi həyata keçirib.




