Naxçıvan Dövlət Universiteti İnnovasiya Mərkəzində qadınların texnologiya, liderlik və yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə “Women Hackathon” təşkil olunub.
İki gün davam edən hakaton çərçivəsində iştirakçılar komandalar şəklində qadın liderliyi, sosial transformasiya, futuristik həllər, eləcə də kod və kreativliyin birləşməsi istiqamətləri üzrə konseptual layihələr hazırlayıb və münsiflər heyəti qarşısında təqdim ediblər.
Layihələr problemin dərindən dərk edilməsi, innovativlik, sosial təsir, texnoloji və metodoloji yenilik, eləcə də təqdimat bacarığı kimi meyarlar üzrə qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, “Nexus of Logic” komandası I yerə, “IT Girls” komandası II yerə, “Logical Sparks” komandası isə III yerə layiq görülüb.




