Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində fəaliyyət göstərən Simfonik Orkestrə yeni musiqi alətləri təqdim edilib

Ali təhsil ocağının rektoru Elbrus İsayev “Orkestr alətləri və dirijorluq” kafedrasında fəaliyyət göstərən Simfonik Orkestrə öz şəxsi vəsaiti hesabına aldığı 2 ədəd violonçel - musiqi aləti hədiyyə edib.

Rektor orkestrin məşq prosesini izləyib, kollektivin ehtiyacları ilə maraqlanıb, alətlərin sazlanması və zəruri hallarda yenilənməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

“Orkestr alətləri və dirijorluq” kafedrasının müdiri, Azərbaycanın Əməkdar artisti, dosent Mübariz Əsgərov orkestr üzvləri adından rektora təşəkkürünü bildirib.

Qeyd edək ki, 2021-ci ildə yaradılan NDU-nun Simfonik Orkestri Azərbaycan ali məktəbləri tabeliyində olan ilk simfonik orkestr kimi fəaliyyət göstərir.

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı