Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2025–2026-cı tədris ilində işə qəbul olunan yeni əməkdaşlarla görüş keçirib

Tədbiri giriş sözü ilə açan rektor Elbrus İsayev onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor çıxışında qeyd edib ki, ali təhsil müəssisəsi olaraq Naxçıvan Dövlət Universiteti son illər sürətli inkişaf və modernləşmə mərhələsinə qədəm qoyub. “Bizim əsas məqsədimiz təhsildə keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin gücləndirilməsi və beynəlxalq standartlara uyğun idarəetmə modelinin formalaşdırılmasıdır” — deyə, rektor vurğulayıb.

Görüş zamanı yeni işə qəbul olunan əməkdaşlara universitetin dəyərləri, strateji hədəfləri, daxili intizam və etik davranış qaydaları haqqında məlumat verilib.