Naxçıvan Dövlət Universitetinin rektoru “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib

07.04.2026

Naxçıvan Dövlət Universitetinin rektoru “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti 6 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisinin açılış mərasimində iştirak edib.

Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev açılış mərasimində çıxış edərək  iki ölkə arasında ortaq mədəni bağların və təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti, o cümlədən Naxçıvan Dövlət Universiteti təmsil olunur. Burada abituriyentlər və tələbələr Azərbaycandakı ali təhsil proqramları, qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Farabi Hub KazNU Mərkəzində davam edəcək.