
NDU – nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Kimya kafedrasının əməkdaşları və “Kimya müəllimliyi” ixtisası üzrə təhsil alan II və IV kurs tələbələri görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi ilə əlaqədar Ordubad şəhərində yerləşən ev muzeyini ziyarət ediblər. Ziyarət çərçivəsində tələbələr alimə məxsus şəxsi əşyalar, elmi fəaliyyətini əks etdirən materiallar və muzeyin eksponatları ilə yaxından tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncamına əsasən akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi ölkədə geniş şəkildə qeyd olunur.

