Naxçıvan Dövlət Universitetinin tələbələri Nəbatət bağında payız etüdü ediblər

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasına aid “Rəngkarlıq” ixtisası üzrə II, III, IV və “Təsviri incəsənət” ixtisası üzrə II və IV kurs tələbələri müəllimlərinin rəhbərliyi altında Nəbatət bağında açıq havada payız etüdü həyata keçiriblər. 

Tədris prosesinin bir hissəsi kimi təşkil olunan bu etüdün əsas məqsədi tələbələrdə təbiət mənzərəsinin müşahidəsi və canlı təsviri bacarığının formalaşdırılması, həmçinin açıq hava şəraitində iş texnikalarının təkmilləşdirilməsidir. Etüd zamanı tələbələr payızın rəng çalarlarını fərdi baxış bucağından kətana köçürərək, müşahidə və tətbiqetmə bacarıqlarını inkişaf etdirməyə çalışıblar.

Təcrübə xarakterli bu fəaliyyət tələbələrin yaradıcılıq potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı