Tədbir Naxçıvan şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində keçirilib. Tələbələrin diqqətinə çatdırılıb ki, mərkəzin fəaliyyəti şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və vergi mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayır. Mərkəzin fəaliyyətinin öyrənilməsi tələbələrin peşəkar inkişafı baxımından böyük əhəmiyyət kəsb etməklə, onların vergi orqanlarının gündəlik fəaliyyəti ilə yaxından tanış olması, nəzəri biliklərinin praktiki müstəvidə möhkəmlənməsi, gələcək ixtisas hazırlığının və dövlət qurumları ilə əməkdaşlıq bacarıqlarının inkişafı üçün xüsusilə əhəmiyyətlidir. Məlumat verilib ki, Mərkəzdə aralarında Universitetin tələbələri də olan könüllü gənclər fəaliyyət göstərirlər. Bu təcrübə gənclərin gələcək karyera imkanlarının genişlənməsində mühüm üstünlükdür.
Tələbələr Mərkəzin işi ilə yaxından tanış olub, onları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici bukletlər paylanılıb.