NDU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində kitab sərgisi təşkil olunub

06.06.2026

NDU-da “İnsan Hüquqları Aylığı” çərçivəsində kitab sərgisi təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin 18 may-18 iyun tarixləri “İnsan Hüquqları Aylığı" elan edilib.

Bu aylıq çərçivəsində 04 iyun 2026-cı il tarixdə NDU Elmi Kitabxanasında insan hüquq və azadlıqlarına həsr olunmuş kitab sərgisi təşkil olunub. Sərgidə insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı kitablar nümayiş etdirilib.

 Qeyd edək ki, sərgidə NDU əməkdaşlarının da əsərləri yer alıb. Yerli və xarici müəlliflərin mövzu ilə əlaqədar olaraq sərgilənən kitabları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar cavablandırılıb.