NDU-da növbəti maarifləndirici təlim keçirilib

27.04.2026

NDU-da növbəti maarifləndirici təlim keçirilib

Naxçıvan Dövlət Universitetində “Beynəlxalq təlim aylığı” çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub.

Təlimdə İstanbul-Cərrahpaşa Universitetinin professoru Aysel Ersoy “Travma məlumatlı təhsil: universitet tələbələrinin psixoloji rifahının dəstəklənməsi” mövzusunda çıxış edib. Təlimçi tələbələrin psixoloji vəziyyətinin təhsil prosesində mühüm rol oynadığını vurğulayaraq, mənəvi dəstəyin əhəmiyyətindən bəhs edib.

Professor qeyd edib ki, tələbələrə yanaşmada məcburi müalicə son variant kimi nəzərdən keçirilməlidir. Bunun əvəzinə onların gündəlik həyat fəaliyyətinin izlənməsi, travma əlamətlərinin düzgün tanınması və kriz anlarının effektiv idarə olunması əsas istiqamətlərdən biridir.

Təlim interaktiv müzakirələr şəklində davam etdirilib və iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.

 

Badəm Əliyeva

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi