Naxçıvan Dövlət Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkili, onların idmana marağının artırılması və sağlam həyat tərzinin təşviqi məqsədilə oğlanlar arasında basketbol yarışı keçirilib.
Yarışda Pedaqoji fakültə, İqtisadiyyat və idarəetmə fakültəsi, eləcə də Texniki Kollecin komandaları iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda tələbələr yüksək oyun bacarığı, komanda ruhu və əzmkarlıq nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, Pedaqoji fakültənin komandası I yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası II yerə, Texniki Kollecin komandası isə III yerə layiq görülüb.
.jpeg)


