Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Müasir şəhərsalma və milli memarlıq ənənələri: davamlı inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə şəhərsalma siyasəti, milli memarlıq irsinin qorunması, müasir memarlıq meyilləri və şəhər estetikası ilə bağlı fikir mübadiləsi aparılıb. İştirakçılar memarlığın yalnız tikinti sahəsinin deyil, eyni zamanda mədəniyyətin, tarix və milli kimliyin mühüm daşıyıcısı olduğunu vurğulayıblar.
Dəyirmi masa zamanı tələbələr şəhərlərin planlaşdırılması, tarixi abidələrin qorunması və müasir memarlıq yanaşmalarının tətbiqi məsələlərini müzakirə edərək öz fikirlərini bölüşüblər.
Sonda belə tədbirlərin tələbələrin dünyagörüşünün genişlənməsində və memarlıq irsinə marağın artırılmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.




